Robert Köçəryanın həbsinə hazırlıq gedir

Robert Köçəryanın həbsinə hazırlıq gedir

GÜNDƏM

Bugün, 19:04

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq prezident Robert Köçəryana qarşı cinayət təqibinə icazə verib.

Bu barədə vəkil Aram Orbelyan komissiyanın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl Baş Prokurorluq R. Köçəryanın, eləcə də seçilmiş deputatlar Asatur Köçəryan və Ruslan Barseqyanın cinayət təqibinə icazə verilməsi barədə vəsatətlə MSK-ya müraciət edib.

"Komissiya cinayət təqibinə icazə verib", - Orbelyan bildirib.

Orbelyan xatırladıb ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlıdır.

Onun sözlərinə görə, cinayət işində bəhs edilən "Master Klass" tennis klubunun satışı Köçəryanın təmsil olunmadığı hökumətin qərarı ilə həyata keçirilib/report.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR