İran və ABŞ arasında razılaşmanın detalları mediaya sızdı - Nələr var?  (SİYAHI)

İran və ABŞ arasında razılaşmanın detalları mediaya sızdı - Nələr var?  (SİYAHI)

GÜNDƏM

Bugün, 00:01

ABŞ və İranın cümə günü İsveçrədə imzalayacaq müqavilənin şərtləri mediaya sızıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" kanalı təfərrüatlaır açıqlayıb.

Bildirilib ki, tərəflər arasında anlaşma aşağıdakı şərtlər daxilində imzalanacaq:

- Livan da daxil olmaqla, bölgədə bütün hərbi əməliyyatlar dərhal və daimi dayandırılacaq.

- ABŞ-ın İrana qarşı hərbi blokadası dərhal ləğv olunur və bir dhaa hücum edilməyəcəyi təminatı verilir.

- ABŞ yekun razılaşmadan sonrakı bir ay ərzində bütün qüvvələrini regiondan çıxarır.

- İran bir ay ərzində Hörmüz boğazının blokadasını götürür.

- ABŞ və regional tərəfdaşlar ən azı 300 milyard dollarlıq maliyyələşdirmə ilə İranı yenidən bərpası planının icrasına başlayır.

- Yekun razılaşmadan sonra BMT daxil olamqla bütün sanksiyalar ləğv olunur.

- İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür; zənginləşdirilmiş uran məsələsi yekun razılaşmada həll olunur. Ovaxta qədər ABŞ İranın nüvə proqramındakı mövcud status-kvonu qəbul edir.

-ABŞ İranın xam neft ixracını (bankçılıq, sığorta və nəqliyyat daxil olmaqla) təsdiqləyir və bütün dondurulmuş İran vəsaitlərini sərbəst buraxır.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR