CHP-nin daha iki “ağır top"u istefa verdi

CHP-nin daha iki “ağır top\"u istefa verdi

SİYASƏT

12.06.2026, 22:25

Bu gün CHP Mərkəzi İcra Komitəsi Kamal Kılıçdaroğlunun sədrliyi ilə 2 saat çəkən toplantıda partiyanın daha iki “ağır top"unun qovulması üçün İntizam Komitəsinə sənədlərin göndərilməsinə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlunun  bu dəfə Bolu bələdiyyə başçısı Tanju Özcan və Mersinin Mezitli rayon bələdiyyə sədri Serkan Tunceri qovmaq istəməsi isə əks effekt yaradıb.

Xəbərdən dərhal sonra hər iki şəxs CHP-dən istefa verdiyini açıqlayıb.

Tanju Özcan isə sərt açıqlamasında bildirib ki, partiyaya məhkəmə qərarıyla təyin edilənlərin İntizam Komitəsində müdafiə xarakterli çıxışını özünə təhqir sayır: “Hazırkı xunta işğalı bitənə qədər CHP üzvlüyümdən istefa verirəm"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR