İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”

İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”  

GÜNDƏM

Bugün, 00:33

İran prezidenti Məsud Pezeşkian ABŞ-la imzalanan yeni razılaşmaya münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, yeni razılaşmaya əməl olunacağı təqdirdə, ölkəsinin bundan çox qazanclı çıxacağını iddia edib.

 Məsud Pezeşkian bildirib ki, əgər sazişin bütün müddəaları düzgün tətbiq olunarsa, bu, İran üçün qürurverici sənəd hesab olunacaq: “Razılaşma ilə bağlı intensiv müzakirələr apardıq. İran Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin böyük əksəriyyəti anlaşma memorandumunu dəstəkləyir. Bu prosesdə əməyi keçən bütün rəsmilərə, xüsusən də İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçiyə təşəkkür edirəm”.

İran prezidenti müharibənin başa çatdığını desə də, hələ tam yekunlaşmadığını da sözlərinə əlavə edib.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR