Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
SİYASƏT
Bugün, 11:53
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv olunur, bu iki qurumun əsasında Media və Yayım Şurası yaradılır.
Bununla bağlı qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Mia.az həmin iclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun ətraflı izahatını təqdim edir:
Layihəyə görə, "Media haqqında" qanuna dəyişiklik nəzərdə tutulur. Təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və MEDİA Agentliyinin strukturları əsasında, kollegial idarəetmə sisteminə malik vahid bir qurum - Media və Yayım Şurası yaradılır.
Nəticədə, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qurumun səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir: o, tənzimləmə funksiyası olan lisenziyalaşdırma, Mediar eyestrinin aparılması və qanunvericiliyə nəzərətlə bərabər, həm də inkişaf, dəstək, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasəti funksiyalarını vahid mərkəzdə birləşdirir.
Konkret olaraq, Şuraya verilən yeni səlahiyyətlər belədir: media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi; dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi; jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarlar təşkil edilməsi; cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi; dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində tədbirlər görmək; dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması; informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi.
Yeni model dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mexanizmlərini eyni institusional quruma həvalə edir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır.
Kollegial idarəetmə media sahəsində qərarların qəbulu prosesinin şəffaflığı və balanslaşdırılmış olması üçün effektiv mexanizmdir. Şuranın sədri və iki sədr müavini olacaq, nəticədə idarəetmənin daha geniş əsasda qurulmasına imkan yaranacaq.
Model dünyanın aparıcı dövlətlərində artıq sınaqdan keçən, özünü doğruldan bir yanaşmadır.
Böyük Britaniyada Ofcom - Communications Office - yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir.
Fransada isə CSA - hazırda ARCOM adı ilə fəaliyyət göstərən qurum - audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir.
Təkcə Böyük Britaniya və Fransa deyil, Almaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələrdə də media tənzimlənməsi ilə strateji kommunikasiya siyasəti arasında koordinasiya mexanizmləri daim gücləndirilir.
İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində, ölkənin informasiya məkanına xarici dövlətlərin sistemli hücumlarının qarşısını almağa, hibrid internet platformaları vasitəsilə kəşfiyyat mərkəzlərinin himayə etdiyi dezinformasiya dalğasının təsirlərini azaltmağa və digər neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparmağa şərait yaradacaq.
Beynəlxalq auditoriyaya çıxmaq və informasiya məkanında suverenliymizi qorumaq sahəsində mühüm fəaliyyətlər həyata keçirilir. Xüsusilə, qlobal medialarla yaxından əməkdaşlıq və birgə layihələr, o cümlədən, ilk beynəlxalq televiziya kanalı kimi yaradılan CBC və Anew Tv eyni vaxtda bir neçə dildə - azərbaycan, rus, ingilis və erməni dillərində - xəbər yayımları aparırlar.
2025-ci ilin sonuna Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası ərazisində 92 audiovizual media subyekti fəaliyyət göstərir. Onlardan 47 televiziya, 23 radio, 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur.
Qarabağ və Şərqi Zəngəzur işğal dövründə informasiya blokadasını yaşayırdı, Azərbaycan mediası və yayım sistemləri onilliklərlə doğma məkana daxil ola bilmirdi. Qələbəmizdən sonra Xankəndidən, Şuşadan və digər yaşayış məntəqələrindən yayımlanan televiziya və radio proqramları dövlət suverenliyinin informasiya sahəsində təntənəsidir.
İnternet televiziyaları və YouTube kanalları formatında fəaliyyət göstərən media subyektlərinin sayı son illərdə kəskin artıb, lakin belə statistik böyümə həmişə keyfiyyət yüksəlişi ilə müşayiət olunmayıb. Yeni nizamlama və infrastrukturun təkmilləşdirilməsi - qanunun nəzərdə tutduğu Media Reyestri və Şuranın genişləndirilmiş səlahiyyətləri çərçivəsində - günün ən aktual tələblərindəndir.
Media Reyestri son dörd ildə minlərlə media subyektini və jurnalisti əhatə edən bir verilənlər bazasına çevrilib.
Nəhəng məlumat bazaları, monitorinq sistemləri və analitik potensial güclənib. İnstitusional birləşmə nəticəsində ölkəmizin bütün media mühitini - həm efir, həm çap, həm onlayn seqmentini - vahid, real-vaxt rejimində yenilənən mənzərəsini müəyyənləşdirmək mümkün olacaq.
Qanun layihəsinin əsas ideyasını ən yaxşı Prezident İlham Əliyevin beynəlxalq media platformalarında, xüsusilə Şuşa Qlobal Media Forumlarında səsləndirdiyi fikirlərdə görmək olar. Ölkə başçısı beynəlxalq media diplomatiyasının mərkəzinə çevirdiyi azad torpaqlarda keçirilən çoxsaylı görüşlər və tədbirlərdə milli mətbuatımızın inkişafından razılığını bildirməklə yanaşı, hər zaman vurğuladığı kimi, Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir və hücumlara ən yüksək səviyyədə cavab verilir.
Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirak etdiyi tədbirlər Azərbaycanın artıq təkcə informasiya istehlakçısı deyil, qlobal media gündəliyinin formalaşmasına təsir göstərən ölkələrdən biri olduğunu nümayiş etdirir.
Yeni Media və Yayım Şurası da həmin beynəlxalq kommunikasiya siyasətinin institusional dayaqlarından biri, Azərbaycanın postmüharibə dövründə qurduğu yeni dövlətçilik modelinin informasiya sahəsində davamı olacaq.
Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır.
Beləliklə, yeni qanun layihəsi yalnız media sektorunun struktur yenilənməsi ilə yanaşı, həm də Azərbaycanın milli informasiya məkanının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji dövlətçilik qərarıdır".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Leyla Əliyeva Almaniyada: UNFCCC-in icraçı katibi ilə görüş olub - FOTOLAR
Bugün, 13:13 SİYASƏT
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM
-
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər... - Qanuna dəyişir
Bugün, 12:34 CƏMİYYƏT
-
Əli Kərimlinin barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
Bugün, 12:20 SİYASƏT
-
Kılıçdaroğlundan deputatlara diqqətçəkən mesaj: "Məni gözləyin, qəti başqa partiyaya getməyin!"
Bugün, 11:58 SİYASƏT
-
Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
Bugün, 11:53 SİYASƏT
-
Şahmar Mövsümov: "Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb"
Bugün, 11:32 İQTİSADİYYAT
-
Mustafa Nuhbalayev vəzifədən azad edilib
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artisti Flora Kərimova xəstəxanadan evə buraxılır - 3 günə...
Bugün, 11:11 MƏDƏNİYYƏT
-
Prezidentin köməkçisi : "Qarşıdakı dörd il yarım müddətində..."
Bugün, 11:09 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirilir
Bugün, 11:00 GÜNDƏM
-
Avropa ölkəsində skandal - Vəliəhdin oğlu zorlama ittihamı ilə həbs edildi
Bugün, 10:53 DÜNYA
-
73 056 IMEI koda "klon" statusu verilərək blok edilib
Bugün, 10:41 İQTİSADİYYAT
-
Roma Papası Azərbaycana səfərə dəvət edildi - Prezidentlə görüş oldu + FOTOLAR
Bugün, 10:34 GÜNDƏM
-
TRT-də tarixi səhv – Dünya mediası bu yanlışı müzakirə edir
Bugün, 10:18 PRESS
-
İndoneziyada güclü zəlzələ oldu
Bugün, 10:06 DÜNYA
-
Media və Yayım Şurası yaradılacaq - QANUN DƏYİŞİR + DETALLAR
Bugün, 09:48 PRESS
-
Azərbaycan neftinin qiyməti 86 dollara endi
Bugün, 09:48 İQTİSADİYYAT
-
Böyük Britaniyada 16 yaşa qədər uşaqların sosial mediaya çıxışı qadağan olundu
Bugün, 09:40 PRESS
-
Gömrük Komitəsi proqnozu kəsirlə icra edib
Bugün, 09:24 İQTİSADİYYAT
-
İmamoğlu Kamal Kılıçdaroğlunu ələ saldı: “Bu bədniyyətli qəyyumun nə düşündüyünü bilmirəm, ancaq..."
Bugün, 09:17 SİYASƏT
-
Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”
Bugün, 09:02 GÜNDƏM
-
ABŞ-ın nəhəng təyyarəsi qəzaya uğradı – 8 hərbçi həlak oldu
Bugün, 08:55 GÜNDƏM
-
CHP-li bələdiyyə sədri barədə həbs qərarı verildi
Bugün, 08:36 SİYASƏT
-
DÇ-2026-ya iz qoyan siyasi çalar - İranla oyunda bu mesaj nəyə işarə idi? + FOTO
Bugün, 08:29 SİYASƏT
-
DÇ-2026-da daha bir sürpriz: Muslera tarix yazdı!
Bugün, 08:19 İDMAN
-
Hikmət Hacıyevin Ermənistana səfəri: üç istiqamətdə aparılan danışıqlar və...- TƏHLİL
Bugün, 01:05 SİYASƏT
-
DÇ-2026: Belçika Misir yığması ilə bacarmadı
Bugün, 00:57 İDMAN
-
İspaniya yığmasının qarşısına sədd çəkən 40 yaşlı qapçı… - Bir saata izləyici sayı 2 milyon artdı
Bugün, 00:44 İDMAN
-
İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”
Bugün, 00:33 GÜNDƏM