Pezeşkiandan ABŞ-a mesaj: “Bu, çarəsizlik əlamətidir”

Pezeşkiandan ABŞ-a mesaj: “Bu, çarəsizlik əlamətidir”  

GÜNDƏM

10.06.2026, 22:50

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İranda körpü və elektrik stansiyalarını vuracaqları barədə bugünkü təhdidinə operativ cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu cür təhdid və hücumun çarəsizlikdən qaynaqlandığını bildirib.

Pezeşkianın sözlərinə görə, həyati əhəmiyyətli infrastruktur xalqın malıdır, həyatı xəttidir: “Onları hədəf almaq millətin iradəsi qarşısında gücsüzlük, çarəsizlik əlamətidir. Sözsüz ki, İran dövlət hər cür təzyiq və təhdidlərə qarşı səbrli qalacaq”.

Xatırladaq ki, az əvvəl ABŞ prezidenti Donald Tramp bu gün İranı daha sərt vuracaqlarını açıqlayıb: “Bu dəfə onların körpülərini, stansiyalarını da vuracağıq”

Tahir

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR