"Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – Cəlal Qurbanovdan Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!
CƏMİYYƏT
10.06.2026, 22:16
Sosial şəbəkələrdə keçmiş müğənni, hazırda isə tanınan iş qadını Ruhi Əliyeva (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) barəsində yazılmış statuslardan birinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair, Prezident təqaüdçüsü və "Fire Land Group"un rəhbəri Cəlal Qurbanov tərəfindən yazılan kəskin rəy böyük maraq doğurub.
32gun.az yazır ki, Cəlal Qurbanov öz şərhində ad çəkməsə də, birbaşa iş qadını Ruhi Əliyevanın keçmişinə, fəaliyyətinə və televiziyadakı müsahibələrinə eyham vuraraq, ona qarşı çox ağır ittihamlar irəli sürüb və onun haqqında "aşpaz", "topçu" kimi ifadələr işlədib.
"Əvvəl aşpaz, sonra topçu..."
C.Qurbanov sosial şəbəkədəki şərhinə müraciət etdiyi şəxsin kimliyini sorğulayaraq çox sərt bir giriş edib. O, hədəfdəki şəxsi eyhamlarla belə təsvir edib:
"Bu, indi jurnalistdən çox süni intellekt üslubunda danışan və suallar verən, əvvəllər Tovuzun ən zil səsli 'məşhur' müğənnisi, sonlar isə yaxşı kəllə-paça, xaş və bozbaş bişirməyi ilə tanınan 'aşpazdan' gedir söhbət? Yoxsa Baku TV-yə müsahibəsində özünün dediyi kimi Tərtər hadisələrində '12-ci topu mən atdım' deyən 'Topçudan'?"
Cəlal Qurbanov eyni zamanda həmin şəxsin başqaları ilə şərik olaraq rəhbərlik etdiyi internet resurslarında və saytlarda onun ünvanına təhqiramiz şərhlər yazdırdığını və qarayaxma kampaniyaları apardığını iddia edib.
Atasının ağır xəstəliyi dövründə sifarişli yazılar yazılıb
Cəlal Qurbanov qeyd edib ki, rəhmətlik atası Hacı Cavanşirin dünyasını dəyişməsindən əvvəlki son üç il ərzində həm atasının ağır xəstəliyi ilə mübarizə aparmalı olub, həm də özünə və ailəsinə qarşı aparılan sifarişli qarayaxma kampaniyalarına cavab vermək məcburiyyətində qalıb. O, qarşı tərəfin bəzi şəxsi görüntüləri və yazışmaları pul və ya bahalı hədiyyələr müqabilində sildirməklə həqiqətlərin üstünü örtdüyünü düşündüyünü, lakin həqiqətin mütləq üzə çıxacağını və bu təhqirləri, xüsusilə də xəstə yatağında olan atasına qarşı edilənləri heç vaxt bağışlamayacağını vurğulayıb. Həmçinin bildirib ki, həmin şəxsin rəhbərlik etdiyi saytlar onu ictimaiyyətə hüquqi əsas olmadan "xuliqan" və "zorakılıqda adı hallanan şəxs" kimi təqdim etməyə çalışıblar.
"Şəhid ailələrinin yanında olmaq bizim üçün vəzifə vasitəsi deyil"
Onun şəhid ailələrinin yanında olmasının arxasında millət vəkili olmaq və ya vəzifə qazanmaq niyyətinin dayandığı barədə yazılanlara da toxunan C.Qurbanov, bu ittihamları kəskin şəkildə rədd edib. O, şəhid anasının göz yaşından və şəhid ailəsinin ağrısından şəxsi maraqlar üçün istifadə edilməsini ən ağır şərəfsizlik və mənəvi yoxsulluq adlandırıb. Cəlal Qurbanov "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrində sadəcə bir könüllü olduğunu, bu yolun atası Hacı Cavanşirdən gələn bir mənəvi borc və vicdan məsələsi olduğunu qeyd edib.
Məhkəmə mübarizəsi və hakimlərə təşəkkür
Dörd ilə yaxındır ki, bu növ böhtan xarakterli xəbərlər yayan saytlarla hüquqi mübarizə apardığını deyən Cəlal Qurbanov, ailəsinin şərəfi üçün geri çəkilməyəcəyini və Azərbaycan məhkəmələrinin ədalətinə güvəndiyini bildirib. O, bu prosesdə obyektiv qərarlar qəbul etdiklərinə görə Xətai Rayon Məhkəməsinin hakimləri Rəfail Sadıxova, Əminə Abbasovaya, Sahibə Hacıyevaya, Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova və vəkilləri Xaliq Ağayevə, Dədəkişi müəllimə, eləcə də hazırda hüquqlarını müdafiə edən Aysel Məhərrəmovaya xüsusi minnətdarlığını ifadə edib. İsin Ali Məhkəmədə də ədalətlə nəticələnəcəyinə inandığını yazıb.
Tərtər hadisələri ilə bağlı sərt suallar
Cəlal Qurbanov rəyinin sonunda iş qadınının keçmişdə verdiyi müsahibələrə istinadən Tərtər hadisələri ilə bağlı ciddi suallar qaldırıb. Bir müğənninin top atışında iştirak etməsi iddiasının qazilərdə və şəhid ailələrində suallar doğurduğunu bildirən Qurbanov, bu addımın hansı şəraitdə, kimin qərarı ilə və hansı zərurətdən baş verdiyini soruşub:
"Həmin 'topçu qəhrəmana' da ayrıca bir sualım var. Özünün dediyi kimi, əgər həmin 12-ci topu doğrudan da atıbsa, həmin atış hansı istiqamətə olub və hansı məqsədə xidmət edib?"
Vətən müharibəsində bir çox rayonların, o cümlədən öz ata yurdu Xızının da hücumlara məruz qaldığını xatırladan Cəlal Qurbanov, cəmiyyət qarşısında verilən bu cür açıqlamaların mütləq araşdırılmalı və cavablandırılmalı olduğunu qeyd edib, son qərarı isə zamana və İlahi ədalətə həvalə etdiyini bildirib.
***
Məsələ ilə bağlı Cəlal Qurbanovla şəxsən danışdıq. O, 32gun.az-ın əməkdaşı ilə söhbətində bu fikirləri yazdığını və mövqeyinin dəyişməz olduğunu bildirdi. Sözünün arxasında durduğunu birmənalı şəkildə təsdiqlədi
Nilay
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pezeşkiandan ABŞ-a mesaj: “Bu, çarəsizlik əlamətidir”
10.06.2026, 22:50 GÜNDƏM
-
Tanınmış yazıçı-şair Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı keçirilib - FOTOLAR
10.06.2026, 22:34 PRESS
-
"Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – Cəlal Qurbanovdan Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!
10.06.2026, 22:16 CƏMİYYƏT
-
Azovda vurulan gəmilərdə həlak olan azərbaycanlıların nəşi ölkəmizə gətirildi
10.06.2026, 22:02 GÜNDƏM
-
Daha bir sənətkar tərəfini seçdi
10.06.2026, 22:00 MƏDƏNİYYƏT
-
DÇ-2026: Türkiyə millisi Avstraliya yığmasına qarşı – İki ulduz matça oynayacaq
10.06.2026, 21:19 İDMAN
-
Partiya sədri: “Özgür Özel və tərəfdarları bizə qatılmaq istəyirdilər”
10.06.2026, 21:03 SİYASƏT
-
TRAMP MÜHARİBƏYƏ BAŞLAYIR: “İranı çox sərt vuracağıq” - "Ərdoğan çox güclü bir liderdir”
10.06.2026, 20:43 GÜNDƏM
-
İxtisar olunan dövlət qulluqçuları... - Onların taleyi necə olacaq? (FƏRMAN)
10.06.2026, 20:26 GÜNDƏM
-
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi - Yeni qurumlar yaradılır
10.06.2026, 20:11 GÜNDƏM
-
Deputat: "Oh, oh... Bu, nə cəhalət..."
10.06.2026, 20:10 SİYASƏT
-
Kılıçdaroğlunun partiyadan xaric etmək istədiyi deputat: "Artıq kin-küdurətdən kor oldular"
10.06.2026, 19:57 SİYASƏT
-
"Vətəndaşların müraciətləri haqqında" qanun dəyişdi - Fərman imzalandı + DETALLAR
10.06.2026, 19:52 GÜNDƏM
-
Ərdoğan İsraili təhdid etdi, Netanyahu “xalqını əzən” deyə cavab verdi - Sərt etirazlar
10.06.2026, 19:38 GÜNDƏM
-
Ramiz Mehdiyev, sabiq köməkçisi və AXCP rəsmisi... - Məhkəmə onlar haqqqında da qərar verdi
10.06.2026, 19:11 SİYASƏT
-
Hikmət Hacıyev: "Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib"
10.06.2026, 18:55 SİYASƏT
-
Əziz Yıldırım “Fənərbağça” komandasının başına kimi gətirir?
10.06.2026, 18:14 İDMAN
-
Saleh Səmədov hakim qarşısında: "Özümü qismən təqsirli hesab edirəm"
10.06.2026, 18:11 SİYASƏT
-
PA-nın sektor müdiri: "Sosial şəbəkələrdə qızlar daha çox zərərli təsirlərə məruz qalırlar"
10.06.2026, 18:02 GÜNDƏM
-
Bakıda vəkilin oğlu binadan yıxılaraq dünyasını dəyişib
10.06.2026, 17:58 CƏMİYYƏT
-
Zakir Həsənovun Serbiyada Aleksandr Vuçiçlə görüşüb
10.06.2026, 17:46 GÜNDƏM
-
"Üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək" - Emin Əmrullayev elə açıqlama verdi ki...
10.06.2026, 17:39 CƏMİYYƏT
-
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
10.06.2026, 17:37 CƏMİYYƏT
-
Hacıqabulda güclü yanğın başlayıb
10.06.2026, 17:23 GÜNDƏM
-
"Şəfa" klubu 6 futbolçu ilə vidalaşıb
10.06.2026, 17:19 İDMAN
-
İsrail Livana yenə zərbə endirdi – 19 nəfər ölüb, yaralılar var
10.06.2026, 17:14 DÜNYA
-
"Şaxtyor Donetsk" "Fənərbaxça"nın 34 yaşlı keçmiş futbolçusunu aldı
10.06.2026, 17:09 İDMAN
-
Sabunçuda 4 nəfər 46 kq narkotik vasitə ilə qandallandı
10.06.2026, 17:06 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
10.06.2026, 17:00 İQTİSADİYYAT
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 47 nəfər tutulub
10.06.2026, 16:46 KRİMİNAL
-
Müştərini kim aldadıb? - "Büyükfırat", yoxsa... - FOTOLAR
10.06.2026, 16:36 İQTİSADİYYAT
-
Bitcoin bazarı çökür - 8 ayda 1.2 trilyon dollardan çox itki var
10.06.2026, 16:26 İQTİSADİYYAT
-
Əli Kərimli barədə daha bir qərar verildi
10.06.2026, 16:13 SİYASƏT
-
18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - VİDEO
10.06.2026, 16:07 KRİMİNAL