"Xırdalan artıq Bombeyi də geridə qoyub!" - Dayanacaqlarda da bina tikilir? (FOTOLAR)

\"Xırdalan artıq Bombeyi də geridə qoyub!\" - Dayanacaqlarda da bina tikilir? (FOTOLAR)

CƏMİYYƏT

Bugün, 09:41

"Xırdalan artıq Bombeyi də geridə qoyub! Sırf bu şəhərsalma eybəcərliklərinə görə...

Adamlar YOLUN ORTASINDA BİNA TİKİRLƏR! Asfaltın düz ortasında daş-daşa vurub ev ucaldırlar. Amma hələ bu harasıdır, binanın bir hissəsində birinci mərtəbə ümumiyyətlə yoxdur! Çünki ora AVTOBUS DAYANACAĞIDIR! Təsəvvür edin, sabah avtobus gözləyən camaatın düz başının üstündə kiminsə qonaq otağı, ya da mətbəxi olacaq".

Mia.az xəbər verir ki, bunu Feysbuk-dakı səhifəsidndə jurnalist Elvin Əhməd yazıb.

O, paylaşımına fotolar da əlavə edərək,  daha sonra bu cür tikintilərə kimin hansı əsasla icazə verdiyinin araşdırılmasını vacib sayıb:

"Ən dəhşətlisi nədir bilirsiz? Oxuduğum məlumata görə, bu absurd tikintiyə hardansa rəsmi İCAZƏ də verilib! Ay qardaş, harda gəldi tikilən qanunsuz binalara görə son dövrdə nə qədər əziyyət çəkirik, subasmalar, tıxaclar... Bunları heç kim görmür? Bu şəhərin heç bir planlaması yoxdur? Sabah burada səki etmək istəsələr, yaxud yol genişləndirilməli olsa nə edəcəksiniz? Binanı qucaqlayıb kənara çəkəcəksiniz?

Ümid edirəm, bəlkə aidiyyatı qurumlardan kimsə bu "şah əsəri" görüb bir az utanar".
Xatırladaq ki, Abşeronin icra başçısı Abdin Fərzəliyevdir.
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR