Ramiz Mehdiyev, sabiq köməkçisi və AXCP rəsmisi... - Məhkəmə onlar haqqqında da qərar verdi

Ramiz Mehdiyev, sabiq köməkçisi və AXCP rəsmisi... - Məhkəmə onlar haqqqında da qərar verdi 

SİYASƏT

Bugün, 19:11

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.

Mia.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində Əli Kərimli ilə yanaşı, AXCP Rəyasət Heyətinin üzvü M. İbrahim və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılaraq, əvvəlki tədbirlərin daha 5 ay müddətinə uzadılmasına qərar verilib.

Bununla yanaşı, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbinin müddətinin 5 ay uzadılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR