"Azəriqaz"ın işçiləri iş başında xəsarət alıblar - Komitə sədri faktın araşdırılmasını istəyir

\"Azəriqaz\"ın işçiləri iş başında xəsarət alıblar - Komitə sədri faktın araşdırılmasını istəyir

CƏMİYYƏT

Bugün, 09:06

“İyunun 5-də "Azəriqaz"ın Ağsu Regional İdarəsinin Kürdəmir Xidmət Sahəsində iki sürücü, bir çilingərin yanıq xəsarətləri alması ilə nəticələnən istehsalat qəzası baş verib”.

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk hesabında Sadiq Abdullayev adlı şəxə istinadla paylaşıb.

Paylaşımda əlavə olunub ki, orta təzyiqli qaz kəmərinin kipliyinin yoxlanılması zamanı bu hadisə baş verib: “Sürücülərdən birinin xəsarəti ağır qiymətləndirilir. Hadisəni qeydiyyatdan gizlətmək mümkün olmayıb. Görək cavabdehləri necə, məsuliyyətdən gizlədə biləcəklərmi...

Xəsarət alanlara Allahdan şəfa diləyirik”.

M.Qəhrəmanlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Baş Prokurorluqdan bu hadisənin araşdırılmasını xahiş edib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR