Partiya sədri: “Özgür Özel və tərəfdarları bizə qatılmaq istəyirdilər”

Partiya sədri: “Özgür Özel və tərəfdarları bizə qatılmaq istəyirdilər”  

SİYASƏT

10.06.2026, 21:03

“Özgür Özel və onun tərəfdarları kütləvi şəkildə bizim partiyaya qoşulmağı və qurultayda liderliyi keçmək istəyirdi”. Onlardan bizə belə  təklif gəldi”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri DSP sədri Önder Aksakal deyib.

O, daha sonra bildirib ki, onlara belə bir təklifi  fraksiya liderinin müavini Murat Emir verib: “Murat bəyin təklifini geri çevirdik. Çünki DSP adı heç vaxt hüquqi problemlər, oğurluq, korrupsiya və tender saxtakarlığı ilə əlaqəli adlarla bir araya gələ bilməz."

Aksakal daha sonra CHP-də yaranan böhranın ölkənin siyasi gündəmində xaos yaratmasına toxunub: “Biz bu xaosun böyüməsinə, ənənə halını almasına imkan vermələyik”

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR