Azovda vurulan gəmilərdə həlak olan azərbaycanlıların nəşi ölkəmizə gətirildi

Azovda vurulan gəmilərdə həlak olan azərbaycanlıların nəşi ölkəmizə gətirildi

GÜNDƏM

10.06.2026, 22:02

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib: "Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR