Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi

Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi

KRİMİNAL

Bugün, 18:01

Bakının Səbail rayonunda gecə klubunda dava olub.

Mia.az  "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsində yerləşən "Enjoy" adlı iaşə obyektinin qarşısında baş verib.

 Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafizəçisi - 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.

 Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.

 Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs olunublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR