NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - O, kimdir?

NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - O, kimdir?

GÜNDƏM

Bugün, 14:39

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.

Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb/Report.

Yeni müşavir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Ş.Əzizov 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.

 Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır. 2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.

 22 may 2026-cı il tarixindən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov 2026-cı ilin fevral ayında bu vəzifəyə təyin edilib. 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR