İsrail İranın hücumuna operativ cavab verdi – Tehran, Təbriz və İsfahan vuruldu

İsrail İranın hücumuna operativ cavab verdi – Tehran, Təbriz və İsfahan vuruldu 

GÜNDƏM

Bugün, 07:52

İranın ötən gün axşam saatlarında İsrailə raket hücumu cavabsız qalmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın paytaxtı Beyruta hücuma cavab olaraq İranın raket hücumuna qarşılıq olaraq İsrail Tehrana da hava zərbələri endirib.

İran mediası yazır ki, İsrail ordusunun zərbələrindən sonra İranın paytaxtı Tehran başda olmaqla, İsfahan və Təbrizdə güclü partlayışlar olub.

İsrail ordusundan bildirib ki, Hərbi Hava Qüvvələri İranın qərbində və mərkəzində İran rejiminə məxsus hərbi hədəflərə hücum edib: “Hücumlarla bağlı təfərrüatlar ərfarlı açıqlanacaq”.

İran dövlət televiziyası da Tehran, İsfahan və Təbrizdə partlayışları təsdiqləyib.

 İran İnqilab Keşikçiləri Korpusundan bildirilib ki, İsrail İrana hücumda ballistik raketlərdən istifadə edib: "Sionist düşmən ölkəmizin ərazisindəki bir neçə hədəfə havadan atılan ballistik raketlərdən istifadə edərək hücum edib. BU hücumlar cavabsız qalmayacaq”.

Rəsmi Tehran və İsrail qarşılıqlı hücumlarda itkilər barədə məlumat verməyiblər.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR