DÇ-2026: “Fənərbaxça” və “Qalatasaray” sərvət qazanacaq

DÇ-2026: “Fənərbaxça” və “Qalatasaray” sərvət qazanacaq  

İDMAN

Bugün, 17:14

FIFA-nın “Klub üstünlüyü” Proqramı sayəsində Dünya Çempionatına daha çox oyunçu göndərən “Qalatasaray” və “Fənərbaxça” milyonlarla dollar qazanacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qalatasaray”ın gündə 121 min dollar, “Fənərbaxça”nın isə təxminən 132 min dollar qazanacağı gözlənilir.

Xatırladaq ki, FIFA DÇ-2026 üçün “Klub Üstünlüyü” Proqramı çərçivəsində klublara ümumilikdə 355 milyon dollar paylayacaq.

“Qalatasaray” bu yarışa 11 oyunçusu göndərdiyi üçün günə təxminən 121.000 dollar alacaq: “Əgər heyətdəki oyunçuların sayı 30 iyundan sonra 12-yə çatarsa, "Fənərbaxça"nın gündəlik gəliri təxminən 132.000 dollara qədər artacaq”.

Xəbərdə bildirilir ki, əgər icarə əsasında oynayan İrfan Can Kahveci, Sofyan Amrabat və Dominik Livakoviç Dünya Kubokunda iştiraklarını davam etdirsələr, bu oyunçular üçün FIFA ödənişləri 1 iyuldan etibarən Fənərbaxçaya köçürüləcək.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR