Donald Tramp: “Mən hər şeyi bir-bir etməyi sevirəm, İrandan sonra..."

Donald Tramp: “Mən hər şeyi bir-bir etməyi sevirəm, İrandan sonra...\"

GÜNDƏM

Bugün, 11:08

"İran İslam Respublikası ilə işimizi bitirən kimi Kuba ilə məşğul olacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp  Kuba prezidenti Miguel Diaz-Canel və bəzi qurumlara qarşı yeni sanksiyalar paketini elan edərkən deyib.

Onun sözlərinə görə, Kuba hökuməti və ölkədəki mövcud system çöküb: “İndi orada vəziyyət çox pisdir. İran İslam Respublikası ilə işimizi bitirən kimi bunlarla məşğul olacağıq. Mən hər şeyi bir-bir etməyi sevirəm. Geri qayıdarkən qısa bir fasilə verəcəyik"

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Kuba prezidenti Miguel Diaz-Canel, həyat yoldaşı Lis Cuesta Peraza, ögey oğlu və keçmiş Kuba prezidenti Raul Kastronun ailəsinin iki üzvünün sanksiya siyahısına əlavə edib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR