"Həmin xəbər doğru deyil“ - Teymur bəy Aşurbəyovun mülkü barədə rəsmiməlumat yayıldı
MƏDƏNİYYƏT
05.06.2026, 09:19
Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili barədə məlumat yayılıb.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin xəbər doğru deyil: “Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət olunur. Paylaşımda istifadə edilən görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkəmizdə belə bir tarixi abidə və ya tikili mövcud deyil. Sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb, o da məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların özü tərəfindən hazırlanmadığını etiraf edib.
Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında malikanələr olaraq Teymur Quliyevin bağı (2574 inventar nömrəli), İsa bəy Hacınskinin bağ evi (2575 inventar nömrəli), Şəmsi Əsədullayevin bağ evi (2576 inventar nömrəli), Əziz bəy Aşurbəyovun bağ evi (2577 inventar nömrəli) və H.Z.Tağıyevin bağ evi (2579 inventar nömrəli) yer alıb.
Qeyd olunan ərazidə yerləşən yeganə malikanə Kərbəlayi İsrafil Hacıyevin bağ evi (foto əlavə olunur) hələlik sözügedən siyahıya daxil edilməyib. Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası çərçivəsində baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.
Eyni zamanda, paylaşılan məlumatlarda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olub.
Tarixi abidələrimizin qorunmasına həssaslıqla yanaşan, bu sahədə diqqətli mövqe nümayiş etdirən və ictimai nəzarətin güclənməsinə töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildirir, eyni zamanda, mədəni irslə bağlı hər hansı müdaxilə faktı, abidələrə dair narahatlıq doğuran hallarla qarşılaşdıqda qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
Bugün, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
Bugün, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
Bugün, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
Bugün, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
Bugün, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
Bugün, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
Bugün, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
Bugün, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
Bugün, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.2026, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
10.07.2026, 17:47 İQTİSADİYYAT
-
Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsilib
10.07.2026, 17:34 CƏMİYYƏT
-
"O, 9 yaşından tələbəmdir, mən evdə olmayanda da bizə gəlib-gedir" - Mənsum İbrahimov
10.07.2026, 17:31 MƏDƏNİYYƏT
-
Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika
10.07.2026, 17:29 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir - Təyinat
10.07.2026, 17:20 CƏMİYYƏT
-
ABŞ və İran arasında danışıqlar başlayır – Qətər tərəfləri bir araya gətirir
10.07.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
10.07.2026, 17:00 İQTİSADİYYAT
-
Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
10.07.2026, 16:45 CƏMİYYƏT