Özgür Özəl və daha 3 deputatın həbsinə hazırlıq gedir - İstintaq tamamlandı

Özgür Özəl və daha 3 deputatın həbsinə hazırlıq gedir - İstintaq tamamlandı

SİYASƏT

Bugün, 19:59

İstanbul Baş Prokurorluğu Uşak bələdiyyəsinin həbsdə olan sədri Özkan Yalımın mobil telefonlarının araşdırılması nəticəsində əldə edilən nəticələrə əsasən açılmış cinayət işi üzrə CHP-nin məhkəmə qərarıyla taxtdan salınmış keçmiş sədri Özgür Özəl və daha 3 CHP-li deputat - Vəli Ağbaba, Umut Akdoğan və Suat Özçağdaşla bağlı istintaqı yekunlaşdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prokurorluq Özgür Özəlin bələdiyyə sədrindən rüşvət almasından bəhs edən istintaq materiallarını aidiyyatı üzrə bu gün Ankara Baş Prokurorluğuna göndərib.

Məlumat üçün qeyd edək ki, istintaq sənədlərində Uşak bələdiyyə sədri Özkan Yalımdan Özgür Özəlin müxtəlif tarixlərdə yuxarıda adları çəkilən deputatların iştirakıyla rüşvət alması iddia olunur.

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR