Mehdiyev ev dustağı, qohumları isə...
SİYASƏT
04.06.2026, 21:47
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Kaspian Telekom” MMC (VÖEN – 1500545191) ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.(mənbə-yeniavaz.com) Satınalma sərnişin lifti üçün internet xidməti ilə bağlıdır.
Bu xidmətlər üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Kaspian Telekom” MMC-yə 24 min 248 manat 40 qəpik ödəyəcək. Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan “Kaspian Telekom” MMC uzun illərdir özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir.
“Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malikdir, eyni zamanda SWIFT xidmətini göstərən ən böyük şirkətdir. “Yeniavaz” qeyd edir ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.

İstiqlaliyyət küçəsi, ev 11 ünvanı eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, hazırda isə dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
“Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunmuşdu.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məsələnin mərkəzində Ramiz Mehdiyevin adı dayanır:
“Burada adi bir satınalma müqaviləsindən çox, elə Ramiz Mehdiyevin illərlə formalaşdığı dövlət resurslarının bölüşdürülməsi mexanizmində kök atmış təsir şəbəkələrindən gedir. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Kaspian Telekom MMC” ilə tender keçirmədən, bir mənbədən satınalma yolu ilə müqavilə imzalaması hüquqi prosedur adı altında sual doğuran klassik idarəetmə modelini xatırladır. Rəsmi izahlar nə qədər “qanun çərçivəsi” arqumenti ilə əsaslandırılmağa çalışılsa da, bazarda alternativ provayderlərin mövcudluğu fonunda rəqabətin kənarlaşdırılması ictimai rəyə açıq mesaj verir. Burada seçimdən çox, təyinat və tapşırıq var. Əsas məqam isə qalib elan olunan şirkətin ətrafında formalaşmış siyasi assosiasiyalardır. Uzun illər Azərbaycanın ən yüksək idarəetmə pillələrində təmsil olunmuş Ramiz Mehdiyev adı ətrafında yaranmış ictimai şüur artıq hər hansı iqtisadi qərarı sırf texniki hadisə kimi qəbul etmir. Ramiz Mehdiyev vəzifədə olarkən geniş təsir imkanları vardı. O, hakimiyyətdən uzaqlaşdırılandan sonra belə həmin imkanlar qalmaqda idi və bu gün də vaxtilə onun komandasında olmuş ayrı-ayrı vəzifəli şəxslər, ona sədaqət andı içmiş məmurlar var. Məhz buna görə də “Kaspian Telekom” kimi şirkətlərin dövlət sifarişləri alması cəmiyyətdə adi biznes əməkdaşlığı kimi yox, daha dərin əlaqələrin davamı kimi oxunur. Burada əsas problem faktın özü deyil, faktın yaratdığı təsəvvürdür. Dövlət vəsaitləri açıq rəqabət mühitində yox, müəyyən dairələrin kölgəsində bölüşdürülür sualı açıq qalır”.

Natiq Ələsgərov deyib ki, bir şirkətin qalib gəlməsi üçün əgər tender mexanizmi kənara qoyulursa, verilmiş qərar şübhə doğurur: “Bu qərar iqtisadi səmərəliliyə görə verilib, yoxsa təsir və əlaqə zəncirinə görə? Nəticə etibarilə, məsələ artıq təkcə bir müqavilə deyil. Bu, dövlət resurslarının kimlər tərəfindən və hansı görünməz mexanizmlərlə yönləndirildiyi barədə ağır şübhələri yenidən gündəmə gətirən bir epizoddur. Ramiz Mehdiyev uzun illər Azərbaycanın dövlət idarəetmə sistemində ən yüksək pillələrdə olub. Hazırda isə dövlətə xəyanət ittihamı ilə ev dustaqlığı və dövlət əleyhinə fəaliyyətlə bağlı istintaq altındadır. Bu kontekst istər-istəməz hər hansı iqtisadi və ya inzibati qərarın üzərinə əlavə siyasi interpretasiya qatını gətirir. Burada əsas məsələ fərdi məsuliyyətin sübuta yetirilib-yetirilməməsi deyil, Ramiz Mehdiyev adının Azərbaycan ictimai-siyasi şüurunda yaratdığı uzunmüddətli institusional təsir obrazıdır. Bu obraz illərlə formalaşmış şəbəkə, kadr əlaqələri və dövlət idarəçiliyində qeyri-formal təsir ehtimalları ilə bağlı ictimai qavrayışla qidalanır. Ona görə də onun ailə çevrəsinə və ya onunla əlaqələndirilən biznes strukturlarına aid hər hansı dövlət sifarişi ictimai rəy tərəfindən sırf iqtisadi hadisə kimi yox, siyasi mirasın davamı kimi oxunur”. Natiq Ələsgərov deyib ki, Azərbaycanda əsas problemlərindən biri vəzifəli şəxslərin qohumlarının biznes fəaliyyəti ilə dövlət sifarişləri arasındakı sərhədin kifayət qədər şəffaf olmamasıdır: “Bunun nəticəsində hüquqi baxımdan sübut olunmamış olsa belə, ictimai etimad zədələnir. Halbuki dövlət satınalmalarının məqsədi yalnız xidmət almaq deyil, həm də cəmiyyətə göstərməkdir ki, büdcə vəsaiti ən sərfəli və rəqabətli şərtlərlə xərclənir”.
E.Məmmədəliyev,
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
Bugün, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
Bugün, 19:00 DÜNYA
-
Zelenskinin Aİ-dən 70 milyard avro istəyir
Bugün, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
Bugün, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
Bugün, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
Bugün, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Bugün, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Bugün, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
Bugün, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
Bugün, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
Bugün, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
Bugün, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
Bugün, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
Bugün, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS