Məşhur zəlzələşünas: “İstanbul xəyal məhsuludur, əsl risk…”

Məşhur zəlzələşünas: “İstanbul xəyal məhsuludur, əsl risk…”  

GÜNDƏM

Bugün, 10:17

Məşhur zəlzələşünas, professor Şener Üşümezsoy Türkiyəni gözləyən təbii fəlakətlərdən danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələləri ən dəqiq proqnozlaşdırmaq sahəsi üzrə ixtisaslaşan Üşümezsoy İstanbulda böyük zəlzələ olacağı barədə iddiaları təkzib edib.

O bildirib ki, İstanbulla bağlı iddialar xəyal məhsuludur: “Əsl təhlükə  Pamukkale-Dənizli xətti üzərindədir. Son 5 bal gücündə baş verən təkanlar orada aktiv qırılma zonası yaradıb. Hazırda Pamukkale və Dənizliyə doğru uzanan qırılma xətti aktiv görünür. Burada ən azı 6, hətta 6,5 ​​bal gücündə zəlzələ riski var. İstanbulda 7 bal və ya daha yüksək zəlzələ gözlənilmir. Mərmərə dənizinin şərqində bəzilərinin iddia etdiyi kimi tək, böyük bir qırılma xətti yoxdur. Bir sözlə, İstanbulda böyük bir zəlzələ təxəyyülə əsaslanan xəyal məhsuludur. İstanbulda olsa-olsa, maksimum 6,2 bal gücündək təkandan danışa bilərik. Oxşar zəlzələ Şərqi Anadolu Fayının keçdiyi Adanada da ola bilər. Adana xalqı narahat olmamalıdır. Ən çox 6,1 və ya 6,2 bal gücündə zəlzələlər ola bilər və bu, böyük dağıntılar yaratmayacaq”.

Ekspert Yedisu qırılmasında 7,4 bal gücündə zəlzələ ehtimalını da rədd edib: “Malatya, Marmaris və Bodrum bölgələrində 6 bal gücündə zəlzələ ehtimalları var, böyükdür”

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR