Akif Nağı Prezident Administrasiyasında- Şöbə müdiri ilə görüş olub

Akif Nağı  Prezident Administrasiyasında- Şöbə müdiri ilə görüş olub

SİYASƏT

Bugün, 17:05

Azad Vətən Partiyasının sədri Akif Nağı bu gün Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Mia.az xəbər verir ki, görüş zamanı region və Azərbaycanda cərəyan edən siyasi proseslər, habelə partiyaların ölkəmizdə artan ictimai nüfuzu barəsində geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan çoxşahəli islahatların cəmiyyət tərəfindən aktiv şəkildə dəstəkləndiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, sözügedən proseslərdə siyasi partiyaların fəal iştirakı təqdirəlayiq hadisədir.
Eyni zamanda qlobal tədbirlərin keçirilməsinin əhəmiyyəti, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlərin miqyası, ölkə ziyalılarının Azərbaycan reallıqlarının təbliğində rolu və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. İnformasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizənin aparılması məsələsi də xüsusi olaraq müzakirə olunmuşdur.
Partiya sədri vurğulamışdır ki, ölkədə siyasi partiyalara yaradılan şərait bilavasitə demokratik və sağlam siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir. Belə ki, siyasi partiyaların ictimai müzakirələrdə açıq şəkildə iştirakı ölkənin demokratik ənənələrinin inkişafına və partiyaların ictimai nüfuzunun artırılmasına xidmət edir.
Akif Nağı Azad Vətən Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək xüsusi olaraq vurğulamışdır ki, bundan sonra da rəhbərlik etdiyi Partiya sağlam siyasi dialoq ənənələrə sadiq qalacaqdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR