Ərdoğandan CHP ilə bağlı daha bir mesaj: “Dünən qəhrəman elan etdikləri bu gün xain oldu”

Ərdoğandan CHP ilə bağlı daha bir mesaj: “Dünən qəhrəman elan etdikləri bu gün xain oldu”  

SİYASƏT

Bugün, 16:17

“CHP-də günlərdir bir-birləri ilə kreslo davası gedir. Onların gündəliyi yalnız kreslo uğrunda mübarizə və təhqirlərlə bağlıdır. Dünən qəhrəman elan etdikləri şəxsləri bu gün xain adlandırırlar”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Ərdoğan Bərpa Olunan Enerji İnvestisiyalarının açılış mərasimindəki çıxışında deyib.

O bildirib ki, CHP ilə balı prosesləri izləyirlər, lakin bu proses onları qətiyyən maraqlandırmır: “CHP-dəki liderlik böhranı var və adamların davası kreslodur. Diqqət yetirsəniz, bu cür “proses”lər ana müxalifətimizin gündəliyində əmişə var. Onlar nə ölkənin məsələləri ilə maraqlanır, nə də dünyada baş verənləri izləyirlər. Onların gündəliyi yalnız post, kreslodur. Bir vaxtlar prezidentliyə namizəd irəli sürdüklərini (Məhərrəmİncəni nəzərdə tutur -Mia.az) )xain adlandırdılar, onları günlərlə linç etdilər. İndisə onun yerini başqası tutub. Sabah bu gün alqışlananlar da yəqin ki, oxşar ittihamlara məruz qalacaq, xain sayılacaqlar. Ana müxalifət partiyasının, ümumiyyətlə, siyasətin əsas vəzifəsi xalqa xidmət etməkdir. Lakin bunlar da bu bir vasitə olmaqdan çıxıb. Əlbəttə. xaos prosesi nəticə etibarilə CHP-nin daxili problemidir. Bu, bizi narahat etmir. Türkiyə siyasətinə yaraşmayan bütün bu müzakirələri təhlükəsiz məsafədən izləməklə kifayətlənirik…”.

F.Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR