Cinayət Məcəlləsi və Cəzaların İcrası Məcəllə təkmilləşdiriləcək - Milli Məclisə tövsiyə qərarı göndərildi

Cinayət Məcəlləsi və Cəzaların İcrası Məcəllə təkmilləşdiriləcək - Milli Məclisə tövsiyə qərarı göndərildi

KRİMİNAL

Bugün, 10:54

"Hamiləliyin pozulması məhkumun cəzadan azad edilməsinə səbəb ola bilməz".

Mia.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Plenumun iclasında qərar qəbul olunub.

Qərara əsasən, məhkəmə iclasında Azərbaycan Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin məcəllənin 41.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərara əsasən, Azərbaycan Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.

Eyni zamanda, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR