İsrail Livanda işğalı genişləndirir – Strateji qüllə də ələ keçirildi

İsrail Livanda işğalı genişləndirir – Strateji qüllə də ələ keçirildi  

DÜNYA

Bugün, 14:32

İsrail Livanın cənubundakı 10 km-lik yaratdığı buferi ərazini daha genişləndirməyə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünəndən İsrail ordusu Livanın cənubu bölgəsində hava və quru hücumları gücləndirilib, artıq hərbçilər "Sarı Xətt" adlanan ərazini keçiblər.

Məlumata görə, İsrail qüvvələri dünən Yahmur şəhərindən keçərək Litani çayının şimalındakı Şərqi Zautar və Şakif Ərnun şəhərlərininn bir hissəsini də işğal edib: “Bununla da işğalını çayın şimalına qədər genişləndirilib. Güclü hava və artilleriya hücumları ilə irəliləyən İsrail ordusu son günlərdə Vadi Seluki və Şakifi, o cümlədən 26 il sonra Litani çayının şimalındakı tarixi və strateji əhəmiyyətli Şakif qalasını da ələ keçirib”.

Xəbərə əsasən, Şakif qalası bölgədəki ən vacib tarixi və strateji tikililərdən biri hesab olunur: “Dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə, Litani çayı vadisinə baxan dik bir təpədə yerləşən qala Livanın cənubunun böyük bir hissəsinə möhtəşəm mənzərə imkanı açır. Bu qüllə eyni zamanda, tarixən müşahidə qülləsi kimi tanınır. Qala 1960-cı və 1970-ci illərdə Fələstin qruplarının fəaliyyət göstərdiyi ərazilərdən biri olub və 1982-ci ildə İsrail işğalından sonra təxminən 18 il İsrailin işğalında qalıb. İsrail ordusu 2000-ci ildə Cənubi Livandan geri çəkilib”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR