İmamoğlu Kılıçdaroğlunu rüsvay elədi, Ərdoğanı çevrilişdə ittiham etdi - Yeni siyasi gücün siqnalı verildi

İmamoğlu Kılıçdaroğlunu rüsvay elədi, Ərdoğanı çevrilişdə ittiham etdi - Yeni siyasi gücün siqnalı verildi

SİYASƏT

Bugün, 13:25

Məhkəmə qərarıyla CHP postina, polis gücüylə isə partiya binasına geri gətirilən Kamal Kılıçdaroğluna qarşı etirazlar güclənir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün əlindəki kağız üzərindən bəyanat oxuyan Kılıçdaroğluna qarşı bu dəfə CHP-nin “ağır topları”ndan sayılan  və hazırda Silivridə həbsxanada olan İstanbul bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu ”yüklənib”.

O, Kılıçdaroğlunun liderliyini tanımadığını açıq şəkildə bəyan edib. Bildirib ki, millətin seçki qutusunda vermədiyi səlahiyyəti məhkəmə dəhlizlərindən əldə etməyə çalışmaq siyasi qəyyumluq, daxili bədniyyətlilikdir: “CHP-nin qərargahı artıq o bina deyil, oturub boş divarlara baxsınlar".

Kılıçdaroğlunun partiyanın qurultay nümayəndələrin iradəsi ilə deyil, sarayın qərarıyla geri dönüşünü sərt tənqid edən İmamoğlunun sözlərinə görə, bunun demokratiya  və ya hüquqla hər hansı bağı ola bilməz: “Bu partiyanı xaricdən məhv edə bilməyənlər indi onu daxildən ələ keçirmək istəyirlər".

İmamoğlu kritik anda yeni bir siyasi təşkilatın yaradıla biləcəyinə də eyham vurub: "Ya bir yol tapacağıq, ya da bir yol inşa edəcəyik. Qanunun, nümayəndələrimizin və millətin iradəsinin diktə etdiyi bu yol cənab Özgür Özelin rəhbərliyi altında CHP-dir. Lakin yenə qanunlar çeynəsələr,  nümayəndələrimizin və millətin iradəsinə məhəl qoyulmazsa, o zaman millətlə birlikdə tutduğumuz hər yol qanuni və güclüdür. İndi müxalifət böhran yaşamır, Ərdoğan müxalifətə qarşı çevriliş edir. Biz də bu yeni yolu millətin dili, ruhu və iradəsi ilə inşa edər və millətin gücüylə hakimiyyətə doğru yürüyəcəyik...".

Firudun Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR