"Şəfiqə xanımın yaşı 80-ni keçib, Əli İsa isə cavan oğlandır"
MƏDƏNİYYƏT
Bugün, 13:14
Əməkdar artist, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Suğra Bağırzadə son günlər İttifaq ətrafında cərəyan edən qalmaqallardan danışıb.
Mia.az-ın məlumatına görə, S.Bağırzadə Pravda.az-a açıqlamasında deyib ki, bir insan heç bir ittifaq qura bilməz və heç bir ittifaqı dağıda bilməz.
O qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı güclü ittifaqdır: “Çünki orada yaşlı nəsil də, cavan nəsil də var. Azərbaycanda kinematoqrafiyaya gəlmiş çox istedadlı aktrisa və aktyorlar var ki, onları heç vaxt heç kim dağıda bilməz. Hər bir dövrün çətinliyi olur. Allahın izni ilə bu da aradan qalxacaq, hər şey yaxşı olacaq. Bizim də gənclik illərimizdə o qədər çətinliklər olurdu ki...
Artıq 80 yaşına çatmışam, kinematoqrafiyada da, həyatda da xeyli çətinliklər görmüşəm. Zamanla hər şey düzəlir. Yəqin ki, indi söz-söhbətlər, danışıqlar olmalı imiş. Həyatda heç nə elə-belə baş vermir. Buna görə də narahat olmuram. Bilirəm ki, ağlı başında olanların da heç biri narahat olmur. Hamı başa düşür ki, bu, həyatın müəyyən bir anının çətinliyidir. Ancaq dözmək, lazımi sözlər demək, bir-birini anlamaq, başa düşmək və var-yoxa bir az tabe olmaq lazımdır”.
S.Bağırzadə Əli İsa Cabbarovun sədr elan edilməsi, sədr kürsüsündə kimi görmək istədiyi barədə suallara isə belə cavab verib: “Şəfiqə xanıma (red.- Xalq artisti Şəfiqə Məmmədova) çox böyük hörmətim var. Bizim nəsildən olan insandır, kinematoqrafiyaya çox şey verib. Amma bir şeyi başa düşə bilmirəm, mənim 80 yaşım var, Şəfiqə xanımın da yaşı 80-ni keçib. Mənə bu yaşda sual verəndə ki, sən nə olmaq istəyirsən? Deyirəm ki, adi pensiyaçı, təqaüdçü olmaq istəyirəm. Çünki istəyirəm ki, indi ancaq balalarımla, nəvələrimlə, rəfiqələrimlə sakit gəzim, vaxt keçirim. Heç olmasa, 80 yaşında bir az tənbəlliyə daxil olum. Hamı mənə gülür. Axı mənim buna vaxtım yoxdur. Yenə də hansısa konfransa gedirəm, çəkilişlərdə oluram, əsərlərimlə məşğulam, sərgiyə hazırlaşıram. Bunlar çox böyük məsuliyyətdir. Çünki yaşdan asılı olmayaraq təkcə xarici görünüşümə yox, həm də geyimimə, danışığıma, özümü aparmağıma, tərbiyəmə fikir verməliyəm. Yaş üstə yaş gəldikcə bu, daha da mükəmməl olmalıdır. Şəfiqə xanımın arzusu hələ işləməkdirsə, bu, onun işidir. Əli İsa isə cavan oğlandır. Məndən soruşsaydılar ki, rəhbər olaraq qoyulan şəxs hansı yaşda olsun? Deyərdim ki, cavanlar! Onların tamamilə zamana uyğun fikirləri, münasibətləri var. Üzr istəyirəm, nə qədər özümü ağıllı hesab etsəm də, çalışıram, hər bir addımı qızlarımla məsləhətləşim. Axı onların beyni tamamilə başqa cür işləyir. Biz cavanlardan çox şey öyrənirik. Əli İsa Cabbarov və Şəfiqə Məmmədova razılığa gəlsələr, çox yaxşı tandem olar. Şəfiqə xanımın hörməti, insanlarla ünsiyyəti... Hörmət tamam başqa şeydir. Əli İsa isə cavandır, işi bacarır, indiki zamana uyğun fikirləşir. Düşünürəm, bunlar barədə götür-qoy etdikdən sonra hər şey yaxşı olacaq. Mən heç nəyə görə narahat olmuram. Çünki düzgünlük həmişə sonda yerini tutur. Tutmasa da, müəyyən vaxtda məcburiyyət qarşısında qalıb gedir. Hamıda bir az hövsələ olsa, hər şey yaxşı olacaq”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
General-mayor Əlimusa Əliyev vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
184 dərman vasitəsinin qiyməti bahalaşdı - Qərar + SİYAHI
Bugün, 15:23 İQTİSADİYYAT
-
Özgür Özəlin parlamentdə çıxış etməsinə blok qoyulub? – Açıqlama
Bugün, 15:18 DÜNYA
-
PULLU YOLLAR: Ödəniş məbləğləri təsdiqləndi - DETALLAR
Bugün, 15:06 GÜNDƏM
-
Prezident Quba ilə bağlı sərəncam imzaladı - Dəyişiklik
Bugün, 14:58 GÜNDƏM
-
Prezident İlham Əliyev Qurban Səidoviç Qurbanovu təltif edb - Sərəncam
Bugün, 14:50 GÜNDƏM
-
"Ermənistanda 7 iyun seçkilərindən sonra güc yolu ilə..." - Aslan İsmayılov Rusiyanın artan təhdidinə maraqlı şərh verdi
Bugün, 14:50 SİYASƏT
-
İsrail Livanda işğalı genişləndirir – Strateji qüllə də ələ keçirildi
Bugün, 14:32 DÜNYA
-
Paşinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlər bizə yeni fürsətlər yaradacaq”
Bugün, 14:25 SİYASƏT
-
"Qızları başa düşdük, amma oğlanlar da kasıb qızlarla evlənmək istəmirlər"
Bugün, 14:09 ŞOU-BİZNES
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi: "Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və..."
Bugün, 14:02 GÜNDƏM
-
"Araz-Naxçıvan" daha iki futbolçusu ilə anlaşıb
Bugün, 13:58 İDMAN
-
İmamoğlu Kılıçdaroğlunu rüsvay elədi, Ərdoğanı çevrilişdə ittiham etdi - Yeni siyasi gücün siqnalı verildi
Bugün, 13:25 SİYASƏT
-
"Şəfiqə xanımın yaşı 80-ni keçib, Əli İsa isə cavan oğlandır"
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - Hesabat
Bugün, 12:59 İQTİSADİYYAT
-
Yenə "Qurd dərəsi”, yenə problem... - Sakinlərin şikayətinin ard-arası kəsilmir (VİDEO)
Bugün, 12:42 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:38 CƏMİYYƏT
-
Bakıda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq ölüb
Bugün, 12:36 CƏMİYYƏT
-
Masallıda iki nəfər 14 kiloqram narkotiklə tutulub
Bugün, 12:24 KRİMİNAL
-
AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayıb
Bugün, 12:10 İQTİSADİYYAT
-
AAYDA-da daha bir təyinat - Vüsal Nəsirli Maliyyə şöbəsində dəyişiklik etdi
Bugün, 12:05 CƏMİYYƏT
-
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 11:52 SİYASƏT
-
Moldovada mer seçilən həmyerlimiz... - O, kimdir?
Bugün, 11:52 SİYASƏT
-
Moldova Rumıniya ilə birləşir, yoxsa... - TƏHLİL
Bugün, 11:30 DÜNYA
-
Zakir Həsənov Gürcüstanda - Baş nazirlə görüş oldu + FOTO
Bugün, 11:09 SİYASƏT
-
İlham Əliyev: "Zəngəzur dəhlizi mütləq inşa ediləcək"
Bugün, 11:09 GÜNDƏM
-
Bakıda tələbə tikinti fundamentinə yıxılıb, bir böyrəyi və dalağını itirib - "Caspian Construction" təhlükəsizlik tədbirlərinə əməl etməyib + ŞİKAYƏT
Bugün, 10:55 CƏMİYYƏT
-
İyun ayında 2 dəfə ardıcıl 3 qeyri-iş günü olacaq
Bugün, 10:44 GÜNDƏM
-
Qaradağ İH-də əməliyyat... - Dövlət Xidmətinin saxlanılan əməkdaşı həbsdən buraxıldı
Bugün, 10:41 KRİMİNAL
-
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bugün, 10:21 GÜNDƏM
-
Daha bir futbolçu “Qalatasaray”dan ayrıldı
Bugün, 10:16 İDMAN
-
Prezident İlham Əliyev Bakı Enerji Həftəsində - FOTOLAR
Bugün, 10:06 GÜNDƏM
-
42 deputatın Sahibə Qafarovaya müraciəti təsdiqlənib
Bugün, 09:59 SİYASƏT
-
İMTAHAN BALININ SAXTA HESABLARLA ARTIRILMASI... - DİM xəbərdarlıq yaydı
Bugün, 09:51 GÜNDƏM