İstirahət mərkəzləri yaxınlığında "qaz sızması" və ya haqqı yeyilən işçilər... - "Azəriqaz rəhbərliyinə növbəti ittihamlar

İstirahət mərkəzləri yaxınlığında \"qaz sızması\" və ya haqqı yeyilən işçilər... - \"Azəriqaz rəhbərliyinə növbəti ittihamlar

CƏMİYYƏT

Bugün, 09:13

"Regionlarda fəaliyyət göstərən Sayğac Əməliyyatları Xidmətinin çilingərləri 28 və 29 may tarixlərində istehlak edilmiş təbii qaza görə ödənişlərin yığılması məqsədilə bütün ərazilərə səfərbər ediliblər. 30 və 31may tarixlərində isə həmin əməkdaşlar sayğac göstəricilərinin oxunması işlərini həyata keçiriblər. Diqqət çəkən məqamlardan biri isə odur ki, qeyd olunan günlərdə əməkdaşlar faktiki olaraq işə cəlb olunsalar da, onların iş vaxtının uçotunun aparılmadığı bildirilir".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk hesabında "Azəriqaz"ın işçilərindən birinin şikayətinə istinadla yazıb.

Həmin şikayətdə Sayğac Əməliyyatları Xidmətinin bir əməkdaşı bildirib ki, son beş qeyri-iş günü ərzində fasiləsiz olaraq işə cəlb olunub. Onun sözlərinə görə, nə idarə tərəfindən nəqliyyat vasitəsi ilə təmin edilib, nə də əlavə təminat göstərilib.

Əməkdaş qeyd edir ki, həmin günlərdə terminal vasitəsilə 500-ə yaxın sayğac göstəricisi oxuyub, 70-ə yaxın sayğaca texniki baxış keçirib, 150-dən artıq abonentlə ödənişlərin həyata keçirilməsi üçün əlaqə saxlayıb, borca görə 10 abonentin qaz təchizatını dayandırıb və nasazlıq səbəbindən 4 sayğac dəyişdirib. O vurğulayır ki, bütün bu əməliyyatlar mobil telefon və elektron sistemlər vasitəsilə qeydə alınır və görülən işləri təsdiqləmək mümkündür. Buna baxmayaraq, əməkdaş iddia edir ki, qeyri-iş günlərində yerinə yetirdiyi işlərə görə ona əlavə iş günü və ya əlavə əməkhaqqı hesablanmır.
"Azıriqaz" işçisi deyir ki, növbəli iş rejimində çalışan bəzi əməkdaşlara bayram və istirahət günlərinə görə əlavə ödənişlər hesablandığı halda, eyni günlərdə daha çox iş yükü ilə çalışan sayğac əməliyyatları əməkdaşlarının əməyi lazımi şəkildə qiymətləndirilmir.
Əməkdaş bu məsələyə "Azəriqaz" rəhbərliyinin diqqət yetirməsinin vacib olduğunu qeyd edir.
Komitə sədrinin paylaşımında daha sonra deyilir: ""Hörmətli "Azəriqaz rəhbərliyi", son beş gün ərzində istirahət mərkəzləri və turizm zonalarının yaxınlığından daxil olan qaz sızması çağırışlarının nə qədərinin real nasazlıqla nəticələndiyini açıqlaya bilərsinizmi?
Əməkdaşlar arasında belə bir qənaət formalaşıb ki, bəzi çağırışlar formal xarakter daşıyır və faktiki olaraq ciddi texniki müdaxilə tələb etmir. Bu səbəbdən həmin çağırışlara görə ikiqat əməkhaqqı alan əməkdaşlarla, eyni günlərdə sahədə yüzlərlə abonentə xidmət göstərən işçilərin əməyinin qiymətləndirilməsi arasında fərqin səbəbi anlaşılan deyil.
Məlumat öz təsdiqini taparsa, bu halda sahə üzrə məsul şəxs:
- ARƏM maddə 16(Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) ,ARƏM maddə 164. 1.( İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir!) pozmuş olur və ARƏM maddə 310( Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalıdır.
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR