Rövşən Nəcəf İtaliyada - Yeni vəzifəyə təyin olunan sabiq nazir rəsmi təqdimatda göründü (FOTOLAR)
İQTİSADİYYAT
28.05.2026, 11:54
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib və 28 May – Müstəqillik Günü münasibətilə Romada təşkil olunan rəsmi qəbulda iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, Rövşən Nəcəf İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin, İtaliyanın müəssisələr və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə İtaliya arasında uğurlu iqtisadi əməkdaşlığa əsaslanan əlaqələrin enerji sektorunda da dayanıqlı inkişafı məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının ölkələrimizin enerji sektorunda əməkdaşlığının genişlənməsi baxımından önəmi qeyd olunub.
Söhbət zamanı enerji təhlükəsizliyinə, SOCAR-ın İtaliyadakı fəaliyyətinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR prezidenti səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda iştirak edib. Tədbir çərçivəsində "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub.
Tədbirdə çıxış edən SOCAR prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə keçdiyi inkişaf yolundan, əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad və sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən R. Nəcəf bu gün də əlaqələrin dinamik şəkildə genişləndiyini, qarşılıqlı faydalı tərəfdaşlığın digər sahələrlə yanaşı, enerji sektorunda da uğurla dərinləşdirildiyini qeyd edib. R. Nəcəf "SOCAR İtaliya" şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib.
Tədbirdə, həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin, İtaliya Senatının vitse-prezidenti, senator Licia Ronzullinin çıxışları dinlənilib.
Xatırladaq ki, Gürcüstanın sabiq baş nazir müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bu yaxınlarda SOCAR-ın İtaliyada satın aldığı "SOCAR İtaliya" şirkətinə rəhbər təyin olunub. Yuxarıda yayılan məlumata əlavə olunan fotlardan görünür ki, sabiq nazir də yeni vəzifəsinin simasında bu tədbirdə öz yerini alıb.
Mia.az xəbər verir ki, gürcü nazirin həmn vəzifəyə təyinat xəbərini ilk dəfə hüquqşünas Əkrəm Həsənov sosial hesabında yazmışdı.
O bildirmişdi ki, levan Davitaşvili bunadək SOCAR prezidentinin müşaviri təyin edilibmiş: "Neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur? İtaliyadakı şirkətə təyin ediləsi Vətən oğlu və ya qızı yoxdur? Eyni problem digər dövlət və özəl şirkətlərimizdə də var. Yığıblar ora əcnəbiləri. Sanki işsizliyin artdığı Azərbaycanda yerli kadrlar yoxdur".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur repçi həbs olundu
Bugün, 01:00 MƏDƏNİYYƏT
-
Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."
Bugün, 00:36 SİYASƏT
-
"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir
Bugün, 00:22 İDMAN
-
Yeni Partiyanın prezidentliyə namizədi İmamoğlu olacaq? - Özgür Özəl suala "ikibaşlı" cavab verdi
Bugün, 00:15 SİYASƏT
-
"NEC Nijmegen" Duşan Tadiçi heyətinə qatıb
Bugün, 00:07 İDMAN
-
Ramiz Mehdiyevlə bağlı hansı qərar veriləcək?
Bugün, 00:03 SİYASƏT
-
"Alanyaspor" Güvən Yalçın ilə yolları ayırdı
27.07.2026, 22:34 İDMAN
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
27.07.2026, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
27.07.2026, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
27.07.2026, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
27.07.2026, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
27.07.2026, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
27.07.2026, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
27.07.2026, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
27.07.2026, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
27.07.2026, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
27.07.2026, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
27.07.2026, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
27.07.2026, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
27.07.2026, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
27.07.2026, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
27.07.2026, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
27.07.2026, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
27.07.2026, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
27.07.2026, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
27.07.2026, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
27.07.2026, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
27.07.2026, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
27.07.2026, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
27.07.2026, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
27.07.2026, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
27.07.2026, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
27.07.2026, 13:24 GÜNDƏM