Özgür Özəl İzmirə getdi, polis aksiya meydanını mühasirəyə aldı – “Xalqımız bizi harada gözləyirsə...” - FOTOLAR

Özgür Özəl İzmirə getdi, polis aksiya meydanını mühasirəyə aldı – “Xalqımız bizi harada gözləyirsə...” - FOTOLAR  

SİYASƏT

Bugün, 15:18

Məhkəmə qərarıyla CHP sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özelin bu gün az əvvəl İzmirin Cümhuriyyət Meydanında aksiyaya keçirməsinə imkan verilmədiyindən gərginlik yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, meydana minlərlə insanın axışmasını görən polis təxribat və qarşıdurma ehtimalın nəzərə alaraq, aksiyaya icazə vermədiyini açıqlayıb.

Məlumata əsasən, meydanı mühasirəyə alan polis qüvvələri əhalinin ora keçməsinə imkan verməyib. Bu isə gərginliyi daha da artırıb. Bir qrup şəxs TOMA (Təzyiqli susəpən ağr texnika) üzərinıə çıxıb, nəticədə qarşıdurma böyüyüb: “Polis ərazidə toplaşan izdihama müdaxilə edib. Həbslər var".

Aksiyaçılara avtobusun üzərindən səslənən Özgür Özəl hər kəsi sakitliyə dəvət edib: “Biz bura partiya üzvləri ilə Qurban bayramını birgə qarşılamağa gəlmişik. Bir yerdə bayramı qeyd edəcəyik. Onlar (iqtidarı nəzərdə tutur –mia.az) qorxur, meydanı mühasirəyə alıblar, belə bir şeyə ehtiyac yoxdur. Xalqımız bizi harada gözləyirsə, ora gedəcəyik".

Məlumata əsasən, meydanın mühasirəyə alınmasını görən Özəl izdihamla birlikdə Gündoğdu Meydanına doğru yürüşə qərar verib. Hazırda yürüş davam edir.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR