Özgür Özəlin daha bir silahdaşı saxlanıldı

Özgür Özəlin daha bir silahdaşı saxlanıldı

SİYASƏT

Bugün, 09:58

Türkiyənin İzmir şəhəri, Güzelbahçe rayon Bələdiyyəsində əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, süh tezdən gerçəkləşən əməliyyatda CHP üzvü və Özgür Özəlin dostu olan bələdiyyə sədri Mustafa Günay başda olmaqla 5 nəfər saxlanılıb.

Məlumatda deyilir ki, onlar korrupsiya və rüşvətalmada ittiham olunurlar.

Xatırladaq ki, Mustafa Günay 1962-ci ildə Malatyada anadan olub. O, uzun illər Türkiyənin müxtəlif şəhərlərində dövlət qulluqçusu kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra - 2005-ci ildə Cümhuriyyət Xalq Partiyasına qoşulub və aktiv siyasətə başlayıb.

O, bu vəzifəsində qədər Güzelbahçedə üxtəlif vəzifələrdə, o cümlədən təhsil və bələdiyyədə çalışıb. O, 2010-2023-cü illər arasında Güzelbahçe Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb. 2024-cü il yerli seçkilərində CHP-dən Güzelbahçe Bələdiyyəsinin sədr müavini seçilən Mustafa Günay evlidir və iki övladı var.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR