Özgür Özəl milyonların qarşısında Kılıçdaroğluna səsləndi: “Gəl seçkiyə gedək, əgər uduzarmsa...”

Özgür Özəl milyonların qarşısında Kılıçdaroğluna səsləndi: “Gəl seçkiyə gedək, əgər uduzarmsa...”  

SİYASƏT

Bugün, 16:01

Məhkəmə qərarıyla CHP sədri vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılan Özgür Özəl İzmirdə minlərlə CHP-li üzvlərin iştirakıyla keçirilən aksiyada Kamal Kılıçdaroğluna səslənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məkəmə qərarıyla CHP postuna oturdulan Kamal Kılçdaroğlunu yeni qurultay və yeni sədr seçkisi keçirməyə çağırıb: "Mən buradan bütün xalqın gözü önündə Kamal bəyə müraciət edirəm. Bayramdan bir-iki həftə sonra 2 milyon üzvümüzün iştirakıyla sədrimizi seçməsinə imkan yaradaq. Əgər seçki qutusunu 2 milyon CHP üzvünün qarşısına qoysanız, mən CHP sədrliyinə yenidən namizədəm. Əgər məndən başqa biri seçkidə qalib gəlsə, yalnız əlimi qaldırmayacağam, onun əlini öpəcəyəm, ömrümün sonuna qədər onların yanında gəzəcəyəm".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR