Hamının vahid bileti və dili - Yaxud ucuz reytinq şousu...
SİYASƏT
25.05.2026, 17:54
Milli Məclisin deputatı Azər Badamov nəqliyyatda vahid bilet sisteminin tətbiqindən danışıb.
İndi bütün sosial şəbəkələrdə adamı məsxərəyə qoyublar. Onun tələffüzündə “bilet” sözünün tələsik səsləndirilməsi şəxsiyyətin təhqirinə qədər gedib çıxıb. Bu mədəniyyətsizliyin bizim media nümayəndələrinin də timsalında ortaya çıxması xüsusilə təəssüfedicidi. Mən sözün açığı, məyus oldum. Yaxşı, tutaq ki, camaat deputatları yaxşı tanımır, siz ki, araşdıra bilərsiniz, hörmətli həmkarlar, ən azından, bu adam kimdi, nədir. Bu qədər bəsitlik olarmı?
Azər Badamov Qusar rayonundan seçilən deputatdı, əslən də ləzgidi. Onun dilinin yüyrək olması təbii haldı, etnik mövcudluğundan irəli gəlir. O, ölkəmizin şimalında yaşayan, əslən ləzği olan vətəndaşlarımızın marağını parlamentdə təmsil edir. O ləzgilərin ki, qonşu Rusiya dəfələrlə şimal bölgəmizdə onların əliylə çaxnaşma yaratmağa cəhd edib, amma ləzği camaatı hər dəfə ölkəmizin bütövlüyünə və müstəqilliyinə sadiq olduğunu nümayiş etdirib və sepatarçılara rəvac verməyib.
A.Badamov Azərbaycan dilini də çox yaxşı bilir, sadəcə, ləzgi ləhcəsiyə danışır. O bölğədə bütün ləzgilər dilimizi bilir, Azərbaycan dilində olan məktəblərə gedir, amma ləhcəylə danışır. Ölkəmizdə yaşayan və Azərbaycanı sevən bütün etnik xalqların nümayəndələri kimi, onun da tələffüzündə fərqli səsləndirmə ola bilər. Buna görə onun məsxərəyə qoyulmasını həmkarlarıma yaraşdırmadım.
Lağlağı etməzdən əvvəl bir araşdırın, baxın, o, dilimizdə səlis danışan bəzi deputatlardan daha fəaldı və faydalı işlərlə məşğuldu. A.Badamov Rusiyanın sevmədiyi adamdı, çünki dəfələrlə çıxışlarında Rusiyanın ölkəmizə qərəzli siyasətini tənqid edib. Hələ bu ayın əvvəlində Rusiya onu “antiRusiya, rusiyafob” çıxışlarına görə Moskvaya girişinə icazə verməyərək deportasiya edib. Parlamentdə yatan, ayda-ildə bir dəfə gün üzünə çıxan, hərdən çaşıb danışanda da “quş buraxan” dırnaqarası deputatlardan deyil.
Ona qalsa, kökü-kökməcəsi azərbaycanlı olub, amma rus dilində oxuyub, ana dilini bəyənməyənləri çıxarın ortaya, məsxərəyə qoyun.
A.Badamovun çıxışından bir parçanı paylaşaraq əylənən və deputatın daha böyük auditoriyada ələ salınmasına şərait yaradan və bununla çoxlu layk, reytinq toplayan həmkarlarıma baxdım indi, çoxunun uşağı “russkiy sektor”da oxuyur və doğma dilində də danışa bilmir.
Sosial mediada A.Badamovu məsxərəyə qoyanların şərhlərini oxuyuram, Azərbaycan dilində yaza bilmirlər.
Məncə, bu dünyada kor həmişə kora “kor” deyəcək.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı - "ABŞ Konqresi..."
24.07.2026, 17:25 SİYASƏT
-
Deputat etiraz edən şəxsə təpik atdı, ortalıq qarışdı – FOTOLAR
24.07.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.07.2026, 17:02 İQTİSADİYYAT
-
Əhəd Abıyev Əli İnsanovu yumruqlayıb? - Sabiq icra başçısı barədə sensasion iddialar yayıldı
24.07.2026, 16:58 SİYASƏT
-
AAYDA-da daha 10 Yol İdarəsi ləğv olundu, direktorları işsiz qaldı - Yeni sədr Agentliyi "təmizləyir"
24.07.2026, 16:40 CƏMİYYƏT
-
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib
24.07.2026, 16:23 CƏMİYYƏT
-
Cənubi Koreyalı iş adamı keçmiş arvadına fantastik pul ödəyəcək - 644 milyon dollar
24.07.2026, 16:14 ŞOU-BİZNES
-
Banqladeş prezidenti istefa verib – Səhhətinə görə, yoxsa...?
24.07.2026, 15:58 DÜNYA
-
Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqləyib
24.07.2026, 15:27 GÜNDƏM
-
İqtisadiyyat Nazirliyinin Əsasnaməsi dəyişdi - Prezident təsdiqlədi
24.07.2026, 15:13 GÜNDƏM