"Kapitalbank"a istəmirəm, əl çəkin" deyir, ancaq... - Bank müştərinin pulunu niyə qaytarmır? + Açıqlamalar

\"Kapitalbank\"a istəmirəm, əl çəkin\" deyir, ancaq... - Bank müştərinin pulunu niyə qaytarmır? + Açıqlamalar

İQTİSADİYYAT

Bugün, 12:18

""Kapital Bank"da kartın vaxtına az qaldığı üçün kartın vaxtın uzatma təklifi gəldi. Klik etdim, free görüb ardıcıl klik etdim, sonradan gördüm ki, kart 15 AZN imiş. Artıq -15 balans yarandı. Hər bankda kart pulsuzdur. Mənasi olmadığı üçün kartı ləğv edib, mənfi balansın silinməsini istədim. İstifadə etməyəcəyim xidmətə görə pul çıxılmamasın deyə. Bank isə əvəzində pulun hər bir halda çıxılacağını qeyd edir. Kart istəmirəm, niyə pul çıxılmalıdır?"

Mia.az xəbər verir ki, bunu Azbank klubundan adının çəkilməsini istəmyən müştəri yazıb.

Bank isə ona belə caavb verib: "Salam, hörmətli müştəri.

Məlumat üçün bildirək ki, Birbank Cashback debet kartı ilk 2 sifariş zamanı ödənişsiz təqdim edilir. Eyni valyutada üçüncü və sonrakı kart sifarişlərində isə kartın dəyəri 15 AZN təşkil edir. Kartlarınızın istifadə müddətinin bitməsinə 1 ildən az qaldığı halda yalnız eyni valyutada olan 3 illik Birbank Cashback debet kartının yenilənməsi ödənişsiz olur.
Sifariş etdiyiniz kart ödənişli olduğu halda kart məbləği balansda mənfi olaraq əks olunur. Kart sonradan bloklaşdırılsa və ya istifadə edilməsə belə, sifariş zamanı müqavilə onlayn şəkildə təsdiqləndiyi üçün kart dəyəri öhdəlik olaraq qalır".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR