AGENTLİKDƏ AİLƏ PODRATI: qohumlar vəzifədə, ətrafları tenderdə - Zaur Mikayılovdan belə məlumatlar gizlədilir?

AGENTLİKDƏ AİLƏ PODRATI: qohumlar vəzifədə, ətrafları tenderdə - Zaur Mikayılovdan belə məlumatlar gizlədilir?

CƏMİYYƏT

26.05.2026, 10:07

İki həftə əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tikinti idarəsinin rəisi Orxan Yasəf oğlu İmanlının qardaşının rəhbərlik etdiyi “Azsur Group” MMC (VÖEN – 1503949491) olmasının üzə çıxması barədə Mia.az-da yayılan xəbər böyük maraq oyadıb.(https://mia.az/w1100798/yene-adsea-yene-traybalizm-10-manatliq-sirketle-1-milyon-599-min-999-manat-99-qepik-olan-tenderde-kim-qalib-elan-edilib)

Bu xəbərdən sonra Mia.az-a daxil olan məlumata əsasən, bu cür qanunsuz hallar Orxan İmanlı və ya ADESA-dakı bəzi yüksək vəzifəli şəxslər üçün həddən artıq adi hal alıb: “Burada tenderləri təsadüfi MMC uda bilməz. Bu, mümkün deyil. Təbii, bu prosesdə hazırda Hacıqabulun Muğanlı kəndində böyük restoran tikintisinə başı qarışan keçmiş polis zabiti Yasəf İmanlının oğlanları da mühüm rola sahibdirlər. Onun qardaşının qanuni təmsilçisi olduğu “Azsur Group” MMC və ya başqa MMC-lərlə bağlı daha ətraflı araşdırma aparsanız, buna şahid olacaqsınız”.

Məlumatda deyilir ki, Orxan İmanlının özü də, digər qohumları da tender sahəsi üzrə "ixtisaslaşıblar": “Məsələn, Prezdent sərəncamı ilə vaxtı ilə Ağstafa rayonunun Köhnə Qışlaq, Tatlı kəndlərində və digər rayonlarda suvarma sistemlərinin yaxşılaşdırılması məqsədiylə böyük bir layihə işində onlar rol alıblar. O vaxt ondan və əmisi Fikrət İmanovdan ADSEA-ya çoxlu şikayətlər olunsa da, buna məhəl qoyan olmadı. Əksinə, Orxan İmanlını daha yüksək vəzifəyə çəkdilər...”.

Məlumatda ADSEA sistemində yarıtmaz kadr siyasətinə də diqqət çəkilib: “İndi bilirsiniz bu qurumda işçilər necə işə götürülür?

Keçmiş sədr Qorxmaz Hüseynovun ölənlərinə rəhmət! Əlbəttə, o vaxt da bu sahədə neqativ hallar istisna deyildi. İndisə hərə özünə bir şəbəkə yaradıb, vəzifələrə öz qohumlarını, ətraflarını yığıb. Çoxunun bu təyinata qədər su təsərrüfatından zərrə qədər anlayışı yoxdur, olmayıb. Gedin Bakı, Gəncə, Şirvan, Sumqayıt kimi iri şəhərlırdən tutmş, rayon sukanal idarələrinin rəhbərlərinə qədər araşdırma aparın, görün rəis və müavinləri kimdir, kimlərin qohumlarıdır, necə təyinat alıblar?! Yaxud Abşerona baxın, görün rəis kimin tələbə yoldaşıdır... 

Maraqlıdır, ADSEA sədri Zaur Mikayılovun bundan xəbəri yoxdurmu?!

Bəlkə yaxın ətrafı ondan bu məlumatları, o cümlədən böyük pulların dövr etdiyi tender oyunlarını gizlədir. Bəlkə özlərinə və ciblərinə sərf edən formada sədrə məruzə olunur? Hər halda araşdırmalıdr...".

Yeri gəlmişkən, Mia.az məsələ ilə bağlı Zaur Mikayılovun özündən münasibət öyrənməyə çalışsa da, hələlik buna nail ola bilməyıb. Mövzuya qayıdacağıq.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR