AZƏRBAYCAN ÇEMPİONATI BİTDİ: klublar "dəri" dəyişir - Baş məşqçilər yol ayrıcında qalıb

AZƏRBAYCAN ÇEMPİONATI BİTDİ: klublar \"dəri\" dəyişir - Baş məşqçilər yol ayrıcında qalıb

İDMAN

Bugün, 10:53

Premyer liqa klublarının bəzilərinin baş məşqiləri dəyişilir.

Mia.az xəbər verir ki, 1-ci liqaya düşən “Karvan-Yevlax”ın indiki baş məşqçiçi Fizuli Məmmədova Premyer liqada 2 klubdan dəvət ola bilər.

“Kəpəz”dən ayrıldığı bildirilən Azər Bağırovun “Şamaxı” və “Sumqayıt”la anlaşmağa çalışdığı deyilir.

“Sumqayıt” da yola saldığı baş məşqçi Saşa İliç(Onunla bu gün rəsmən yollar ayrılb - Mia.az) hələ qış fasiləsindən sonra yola getmirdi: baş məşqçi klub rəhbərliyilə fikirlərinin üst-üstə düşməməsindən gileyliydi.

“Şamaxı”dan gedən Ayxan Abbasovunsa bütün gücünü milli komandaya yönəldəcəyini düşünənlər yanılıb: deyilənə görə, A.Abbasov artıq “Kəpəz”lə danışıqlara başlayıb.

2023-cü ilin iyunundan “İmişli”yə gətirilən portuqaliyalı Jorc Kaşkilya da gedir. Dünənki açıqlamasında baş məşqçi dedi ki, tətil üçün Azərbaycanı tərk edir və ona ehtiyac olsa, qayıdacaq. Amma deyəsən, “İmişli” rəhbərliyi Kaşkilyanı qaytarmaq fikrində deyil və bu klubda da baş məşqçi yeri boş qalacaq.

Baş məşqçi postu üzrə yeniliklər arasında ən maraqlı hadisələr “Araz-Naxçıvan”da baş verir. Xəbərə görə, naxçıvanlılar da baş məşqçi Andrey Demçenkonu yola salıb.

Ümimiyyətlə, muxtar respublika təmsilçilərinin bu mövsümdə neyləmək istədiklərini anlamaq çox çətin oldu. Əvvəlcə klubun rəhbərliyinin başı futboldankənar problemlərin həllinə qarışdı. Sonra baş məşqçi Elmar Baxşıyevi anlaşılmaz şəkildə işdən çıxardılar. Halbuki, E.Baxşıyevlə komanda premyer liqanın turnir cədvəlində avantajlı yerdəydi və həmçinin Avrokuboklara vəsiqə qazanmışdı. Deyəsən, bizim klublarda moda düşən “əcnəbi baş məşqçi” havası Naxçıvan klubunun da başına düşdü və onlar sürpriz şəkildə Baxşıyevi Demçenko ilə əvəzlədilər. Bu müddətdə klub hansısa uğurlara nail oldumu? Xeyr. İndiki vəziyyətsə məncə, daha acınacaqlıdı.

İndi sizcə, bu komandaya yeni baş məşqçi olaraq kimin adı çəkilir?

Təsəvvür edin: Cavid Hüseynovun. Gülməlidi, elə deyilmi? Nəinki gülməli, hətta oturub ağlamaq da olar. Naxçıvanlıların hansı ağılla Cavidi baş məşqçi gətirmək istəməsi sualının cavabı heç yerdə yoxdu. Bu, bir fiaskodu çünki. C.Hüseynov pafosla “Səbail”ə gəlib onu üstdən-aşağı itələyən adamdı mənim gözümdə. Onun yeri əslində “Cəbrayıl” komandası idi ki, heç onu da yarıda bilməyib. “Araz-Naxçıvan” həm də onun “Səbail”dən hansı qalmaqalla ayrıldığını da unudub deyəsən. “Səbail” rəhbərliyi C.Hüseynovu “Turan-Tovuz”dakı mövqeyindən daha yuxarı çəkərək baş məşqçi etsə də, Hüseynov özünün “Səbail”dəki sonuncu mətbuat konfransında rəhbərlikdən hamının gözünün önündə, nümayişkaranə şikayət elədi.

Sabah naxçıvanlılarla da sözü çəp düşsə, neyləyəcək, Allah bilir. Qarşı tərəf gərək hər şeyə hazırlıqlı olsun, - deyə düşünürəm mən.  C.Hüseynov kimi kadrların seçilməsində iki dəfə götür-qoyun tərəfdarıyam əslində. “Araz-Naxçıvan”a onun nə fayda verəcəyi çox qəliz sualdı mənə görə.

Bəzi klublar boş qalan baş məşqçi vəzifəsinə əcnəbi mütəxəssislərin gətirilməsində maraqlıdı, bilirsiniz. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov demişkən, klubların pulu çox olanda əcnəbi məşqçi axtarır. Yerli kadrları aşağı maaşla da işlətmək mümkündü, ona görə.

Görək, bu mövsümdə hansı klubun sponsoru kisənin ağzını açacaq.

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR