“Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür?" - Qatardan bixəbər Cavid Qurbanov imicini dəyişib

“Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür?\" - Qatardan bixəbər Cavid Qurbanov imicini dəyişib

CƏMİYYƏT

26.05.2026, 08:36

Ötən gecə Bakı–Tbilisi–Bakı marşrutu üzrə ilk sərnişin qatarı bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb.

İlk reysin sərnişinləri arasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanov da yer alıb.
O, səfərdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, manset.az-ın “Hansı vaqonda gedəcəksiniz – lüks, yoxsa ekonom?” sualına cavab olaraq Cavid Qurbanov zarafatla “Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür? Haranı versələr, onunla gedəcəyəm”, - deyə bildirib.

Yeri gəlmişkən, mia.az xəbər verir ki, vaxtilə ADY-yə rəhbərlik edən Cavid Qurbaonov imicini dəyişib. Yazıya əlavə olunan fotodan da görünür ki, o, italyan mafiyalarına bənzər şlyapadan istifadə etməyə başlayıb. Üstəlik, onun "haranı versələr, onunla gedəcəyəm" cavabı da saxtadır. Çünki hamı bilir ki, nazir müavini lüks bölmədə səfərə gedəcək. Ən önəmlisi isə odur ki, nazir müavini jurnalistin sualına cavabda "Qatarda ümumiyyətlə, "ekonom sinif" yoxdur", - deyə, rəsmi faktı xatırlada bilərdi.

Görünür, onun qatardan və təqdim olunan xidmətlərdən ümumiyyətlə, xəbəri yoxdur.

Sözügedən görüntüləri təqdim edirik:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR