Özgür Özəlin şikayəti geri qaytarıldı, məhkəmə qərarı Kamal Kılıcdaroğluna təqdim edildi – O, CHP-nin rəsmən sədri oldu

Özgür Özəlin şikayəti geri qaytarıldı, məhkəmə qərarı Kamal Kılıcdaroğluna təqdim edildi – O, CHP-nin rəsmən sədri oldu

GÜNDƏM

Bugün, 16:39

Ankara Məhkəməsinin Özgür Özeli “taxtdan salan” və keçmiş sədri Kamal Kılıçdaroğlu və ətraflını taxta keçirən dünənki qərarı bu gün icraya yönəldilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, icra məmuru məhkəmə qərarını Kamal Kılıçdaroğlunun ofisinə gələrək şəxsən ona təqdim edib.

Məlumatda deyilir ki, rəsmən sədr postuna sahiblənən Kılıçdaroğlu Partiya Məclisini bir-bir çağırıb, onlarla axşama doğru müzakirə aparacağı gözlənilir.

Qərarın Kılıcdaroğluna təqdim olunmasını təsdiqləyən vəkil Yusuf Üregen deyib: "Mən qurultay işində nümayəndələrin vəkiliyəm. Qərar bir daha işdə nə qədər haqlı olduğumuzu göstərir. Yeni bir proses başladı. Sədrimiz cənab Kamal Kılıçdaroğluna uğurlar arzulayıram. Əminəm ki, o, partiyanı bir şəkildə bir araya gətirəcək. Cümhuriyyət Xalq Partiyasının sədri artıq Kamal Kılıçdaroğludur."

Bu arada bəlli olub ki, jurnalist Atakan Sönməz Kamal Kılıçdaroğlunun yeni mətbuat müşaviri təyin edilib.

Kılıçdaroğlunun ofisinin qarşısında çıxış edən Sönməz bildirib ki, Kamal bəy vəzifəsinə qayıdıb və ən qısa zamanda CHP-nin qərargahına gedəcək: "Kılıçdaroğlu haradadırsa, mərkəz də oradadır".

Məlumata əsasən, Özgür Özəlin bu qərardan apelyasiya şikayətinə təcili baxılaraq rədd qərarı çıxarılıb.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR