Sabiq Baş nazir partiya ilə bağlı verilən qərarı “topa tutdu” - Açıqlama

Sabiq Baş nazir partiya ilə bağlı verilən qərarı “topa tutdu” - Açıqlama  

SİYASƏT

Bugün, 09:45

Türkiyənin sbaiq Baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu CHP-nin 3 əvvəlki qurultayının nəticələrinin ləğvi və Kamal Kılıcdaroğlunun məhkəmə vasitəsiylə  yenidən sədrliyə gətirlməsi prosesini “topa tutub”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məhkəmə qərarının hüquqi deyil, siyasi qərar olduğunu, məqsədin isə ölkə siyasətini yenidən “dizayn” etmək cəhdi olduğunu deyib: “Əgər tam səlahiyyətə malik olan Ali Seçki Şurası qərar qəbul etdikdən sonra görülən tədbirlərin etibarlılığı şübhə altına alınmağa başlayarsa, gələcək seçkilərin və qurultayların təminat da şübhə altına düşəcək. Partiya mənsubiyyətindən asılı olmayaraq, hamımızın diqqət yetirməli olduğu əsas məsələ siyasi etikamızdakı korrupsiya və demokratiyamızın təməlini təşkil edən seçkilərin təhlükəsizliyində yaranan xaosdur. Aydındır ki, mütləq etibarsızlıq qərarı, prosesi və vaxtı baxımından, hüquqi nəticədən daha çox siyasəti formalaşdırmaq cəhdidir…”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR