Emin Hüseynov: "Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir"

Emin Hüseynov: \"Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir\"

CƏMİYYƏT

Bugün, 09:52

"Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfdir".

Mia.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan bu 3 rayonda yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtması əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik"(report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR