Rövşən Rüstəmovun doğma rayonundakı planı: "zarkalnı summa" və ya ADY-nin 5.6 milyonluq şübhəli sənəd işi..

Rövşən Rüstəmovun doğma rayonundakı planı: \"zarkalnı summa\" və ya ADY-nin 5.6 milyonluq şübhəli sənəd işi..

İQTİSADİYYAT

Bugün, 09:40

Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İmişli rayonunda dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində irihəcmli satınalma müsabiqəsi elan edib.

Mia.az 32gun.az-a istinadla xəbər verir ki, tender sorğusuna əsasən, bu nəhəng vəsait mərkəzin inşasına deyil, hələlik sadəcə layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanması xidmətinə xərclənəcək.

Hər hansı bir tikinti işi başlamadan, təkcə kağız üzərindəki cizgilər və hesablamalar üçün ayrılan vəsaitin ümumi ehtimal olunan qiyməti rəqəmlərin qəribə düzülüşü ilə də diqqət çəkərək tam 5.611.111,11 AZN təşkil edir.
 Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovdur. O, əslən İmişli rayonundandır.
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR