Kamal Kılıçdaroğlu sükutu pozdu: “Təhdidləriniz vız gəlir” - "Atatürkün ruhuna xəyanət etmək olmaz!"

Kamal Kılıçdaroğlu sükutu pozdu: “Təhdidləriniz vız gəlir”  - \"Atatürkün ruhuna xəyanət etmək olmaz!\"

SİYASƏT

Bugün, 14:21

CHP-nin sabiqsədri Kamal Kılıçdaroğlu partiya daxilində yaşanan gərginlik, istefalar və sədrlik uğrunda uduzduğu 38-ci qurultayın ləğvi ilə bağlı məhkəmə qalmaqalı ilə bağlı videomüraciət yayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, şəxsinə yönələn təhdid və böhtanların onun üçün əhəmiyyət daşımadığını, əksinə, ona “vız” gəldiyini iddia edib.

Kamal Kılıçdaroğlu partiya daxilində təmiz siyasət anlaşyışının hakim olmasını mühim sayıb:

“Əziz dostlarım, cəsur yol yoldaşlarım və bu gözəl ölkənin vicdan sahibi nəcib vətəndaşları!

Bir millətin gələcəyi siyasətin zəkası, vicdanı və əxlaqı ilə formalaşır. Millətin bərəkətli süfrələri təmiz siyasətlə zənginləşir. Çünki ləkəli siyasət əvvəlcə vicdanı sarsıdır, sonra əxlaqı məhv edir və nəhayət, millətin çörəyinə göz dikir. Buna görə də siyasəti təmiz saxlamaq və millətin süfrəsinə bərəkət gətirmək bu ölkədə siyasətlə məşğul olan hər kəs üçün şərəf məsələsidir”.

Cümhuriyyət Xalq Partiyasının (CHP) tarixi keçmişinə dönən Kılıçdaroğlu bildirib ki, partiya təzyiq qarşısında heç vaxt geri çəkilməyib:

“Bu ağır məsuliyyət Cümhuriyyət Xalq Partiyası üzvlərinin borcudur. Çünki Cümhuriyyət Xalq Partiyası qüdrətli bir palıd ağacıdır. Cümhuriyyət Xalq Partiyası bu millətin yoxluqdan qalxmaq iradəsidir. Çevrilişlər görüb, əyilməyib! Bağlanıb, təslim olmayıb! Təzyiqlər yaşayıb, amma heç vaxt dağılmayıb. CHP-nin sıradan siyasi partiya deyil, bu partiya Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün təcəssümü olan bir ruhdur və millətimizin müstəqillik iradəsinin təcəssümüdür. Bu ruha xəyanət etmək olmaz! Cümhuriyyət Xalq Partiyası bizə qalan bir miras deyil! Partiyamız bizə verilən müqəddəs bir əmanətdir. Bu əmanət ləkələnə bilməz!”

O, daha sonra kənara çəkilməsindən söz açıb: “Səssiz qalmağımı və ya başqa şeylər deməyimi gözləyənlər var. Məni diqqətlə dinləyin! Kamal Kılıçdaroğlu öz şəxsi mənafeyi üçün millətin və partiyasının mənafeyindən vaz keçməz. Böhtanlarınız, təhdidləriniz mənasızdır, mənə vız gəlir. Mən həqiqəti deyirəm, həqiqətin yanındayam!"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR