Dövlət qurumunun həyətindən ekskavator qaçırılıb - Təfərrüat

Dövlət qurumunun həyətindən ekskavator qaçırılıb - Təfərrüat

KRİMİNAL

Bugün, 12:00

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin həyətinə daxil olaraq, quruma məxsus ekskavatoru ələ keçirib idarə edən şəxsin məhkəmə prosesi başa çatıb.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində Heydərov Kəmaləddin Elşən oğlu çıxırılıb.

Məlum olub ki, 20 yaşlı Kəmaləddin eskavatoru qanunsuz ələ keçirdikdən sonra şlaqbaunu əzərək Ağcabədi şəhəri ərazisində bir neçə kilometr hərəkət edib. 

Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı içkili olduğunu bildirib:  "Məclisdən sonra su idarəsinin yanından keçdim. Maraqlı gəldiyindən, şlaqbaundan keçib həyətə daxil oldum. Həyətdə 4 nəqliyyat vasitəsi var idi. Siqaret çəkmək üçün nəqliyyat vasitələrində alışqan axtarmağa başladım. "Mitsubishi" markalı avtomobilin qapısını açıb salonuna baxdım, 1 ədəd kibrit qutusu tapıb bununla da kifayətləndim. Siqarətini yandırandan sonra "Mitsubishi"nin qapısını örtdüm. Bundan sonra isinmək üçün traktora keçdim. Traktora əyləşəndə gördüm ki, salona pişik var. Pişiyə baxmaq üçün işığı yandırmaq istəyəndə açarın traktorun üstündə olduğunu gördüm. Traktoru arxaya verib, üzünü şlaqbauna tərəf istiqamətləndirib, şlaqbaunu traktorla əzib idarənin həyətindən çıxdım. Yolda traktoru saxlayıb mühərrikin yağını yoxlayan zaman polis əməkdaşları yaxınlaşdı, bundan sonra isə məni və traktoru Ağcabədi RPŞ-nə apardılar. Traktoru talama məqsədilə yox, maraq üçün qaçırmışdım". 

Məhkəmənin hökümnə əsasən təqsirləndirilən şəxsin azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR