DAHA BİR AQROPARK YARADILDI

DAHA BİR AQROPARK YARADILDI

İQTİSADİYYAT

Bugün, 16:17

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edib.

Mia.az nazirliyə istinadən xəbər verir ki, "CasaAgro Aqropark" Samux rayonunun Nəbiağalı qəsəbəsində yerləşir.

ATM-in direktoru Rəşad Hüseynov qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, yeni özəl aqropark innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsini planlaşdırır.

"CasaAgro Aqropark"ın ümumi ərazisi 72 hektar, layihə dəyəri 14,6 milyon manatdır. Aqroparkda damlama suvarma sistemi altında 5 ha alma, 8 ha armud, 15 ha nektarin, 10 ha şaftalı, 7 ha ərik, 3 ha gavalı, 10 ha xurma və 9 ha gilas bitkiləri becərilir.

Hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günə qədər ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR