Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”

Putin Çinə gedir: \"Biz heç kimə qarşı ittifaq qurmuruq…”  

GÜNDƏM

Bugün, 12:30

Rusiya Prezidenti Vladimir Putin Pekinə səfər gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, səfərdən əvvəl Çin xalqına videomüraciət edib.

Vladimir Putin müraciətində bldirib ki, Rusiya-Çin strateji alyansının qlobal səhnədə mühüm və sabit rol oynayır.

Pekinə səfərdən məmnun olduğunu bildirən Putinin sözlərinə görə, müntəzəm qarşılıqlı səfərlər və Rusiya-Çin yüksək səviyyəli görüşləri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi beynəlxalq aləmdəki hazırkı gərgin mühütdə çox vacib xarakter daşıyır: “Rusiya və Çin 25 il əvvəl "Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsi” imzalayıb. Bu gün Rusiya-Çin münasibətləri həqiqətən görünməmiş bir səviyyəyə çatıb. Rusiya və Çin gələcəyə inamla baxır. Rusiya-Çin strateji alyansının qlobal səhnədə mühüm və sabit rol oynayır. Biz heç kimə qarşı ittifaq qurmuruq, əksinə, sülh və universal rifah üçün çalışırıq".

Putin Çin Prezidenti Si Cinpinin Rusiya ilə uzunmüddətli əməkdaşlığa sadiqliyini səmimi qəlbdən inandığını da sözlərinə əlavə edib: "İnanıram ki, dostcasına əlaqələrimiz gələcək üçün ən iddialı planları müəyyənləşdirməyə və həyata keçirməyə kömək edir və edəcəkdir. Hazırda Rusiya-Çin ticarət həcmi artıq 200 milyard dolları keçib və rəqəm artmaqdadır. Demək olar ki,  bütün qarşılıqlı ödənişləri rubl və yuanla həyata keçirməyimiz isə əlaqələrimizə əlavə güc verir”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR