Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”

Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”

GÜNDƏM

Bugün, 11:20

ABŞ prezidenti Tramp İrana hücumu  Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderlərinin xahişi ilə təxirə saldıığnı br daha təkrarlayaraq rəsmi Tehrana xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarına cavabda söz açıb.

Tramp 19 mayda İrana hücum planlaşdırdıqlarını gizlətməyib: “Bəli, İranı yerləbir edəcəkdik. Ancaq bunu bir müddətlik təxirə saldım. Ümid edirəm ki, bu, əbədi olacaq, amma yəqin ki, yalnız bir müddətə. İranla çox əhatəli danışıqlar aparırıq və nə olacağını görəcəyik. Hazırda İranla birbaşa danışıqlarda razılaşma şansları olduqca yüksək görünür. Əgər bu razılaşmanı onları məhv etmədən əldə edə bilsək, çox xoşbəxt olaram"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR