Xorvatiya ilə İsrail arasında diplomatik böhran – Zaqreb yeni səfirə “yox” dedi

Xorvatiya ilə İsrail arasında diplomatik böhran – Zaqreb yeni səfirə “yox” dedi  

SİYASƏT

Bugün, 10:12

Xorvatiya ilə İsrail arasında diplomatik böhran böyüyüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xorvatiya prezidenti Zoran Milanoviç İsrailin Zaqrebə yeni səfir kimi təklif etdiyi Nissan Amdurun təyinatını təsdiqləməyəcəyini açıqlayıb.

Bu barədə Xorvatiya Prezident Aparatı məlumat yayıb.

Məlumada bu qərarın verilməsinə səbəb İsrailin hazırkı siyasətindən qaynaqlandığı bildirilib: “Milanoviç qərarını dəyişdirməyəcək. İsrailin Zaqrebdəki səfiri Qari Korenin səlahiyyət müddəti başa çatıb. Amdur bizim ölkədə səfir kimi deyil, yalnız müvəqqəti işlər vəkili kimi xidmət edə bilər”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR