Kamran Eyyubov: "Bakı Fond Birjası ilə danışırıq və..." - MÜSAHİBƏ

Kamran Eyyubov: \"Bakı Fond Birjası ilə danışırıq və...\" - MÜSAHİBƏ

İDMAN

Bugün, 20:28

“İmişli” Premyer Liqaya yüksələndə haqqında müsbət rəylər az idi. Ancaq elitada qalmağı bacardı. Lakin gələcəklə bağlı qayğılar az deyil.

Mia.az Klubun prezidenti Kamran Eyyubovun futbolpress.az-a müsahibəsini qısa ixtisarla təqdim edir:

– 9-cu yer. Hədəfə qismən nail olunub – Premyer Liqada qalmaq.

– ⁠ “Sumqayıt”ı məğlub etsək də, texniki məğlubiyyət almışdıq. Yəni daha diqqətli olsaydıq, hədəfə dəqiq şəkildə nail ola bilərdik. Lakin debüt ilində Premyer Liqada yerini qorumaq da uğurdur.

– Gələn mövsüm üçün hədəfiniz nə olacaq?

– Məntiqlə ötən mövsümlə müqayisədə hədəflər dəyişilməlidir. Bu dəfə ilk “beşlik” uğrunda mübarizə aparacağıq. Düşünürük, bir neçə sponsorla da danışmışıq, amma hələ alınmayıb…

– Maraqlı deyillər?

– İnvestorlar da pul qazanmağı düşünür. Biz istəyirik ki, gələcəkdə klubu açıq səhmdar cəmiyyət edək. Bir neçə planımız var, Bakı Fond Birjası ilə danışırıq və klubun qiymətli kağızını almaq istəyirik. Bu, nədir? Azarkeş bu kağızı alandan sonra qazanılan hər xala görə o da müəyyən məbləğ əldə edəcək. Bir-iki futbolçumuza təklif var. Onların transferi gündəmdədir və gələn vəsait klubun inkişafına yatırılacaq. Eyni zamanda, bu il əldə etdiyimiz vəsaitin böyük hissəsini saxlamışıq, xərcləməmişik və bu da gələn mövsümün büdcəsinə əlavə olunacaq.

– İmişli aktiv azarkeşləri olan və futbolu sevən bölgədir. Bu mövsüm məkan baxımından yerinizi tapmaqda çətinlik çəkən klub kimi yadda qaldınız. İmişlili olmaqçün nə qədər vaxta ehtiyac var?

– “İmişli” klubuyuq və daim imişlili olacağıq. Çox təəssüf edirəm, bir dəfə bir söhbət oldu, böyük səhv etdim. Səhv nə idi? İmişlili insanlarla – idarəçilərlə oturmuşduq, dedim ki, bu klubu ümumi Aran zonasının təmsilçisi edək. Təklif etdilər ki, klubun adı da dəyişsin, məsələn, “Aran” olsun. Sonra düşündüm ki, nə üçün “İmişli”nin adı dəyişməlidir? Məsələn, dünyada istənilən bir adam “Mançester Yunayted” azarkeşi ola bilirsə, onda adını dəyişib, “Qlobal”, “Dünya” qoymurlar ki?! Niyə hər hansı bir Con, Əhməd İmişlidən olub, bu kluba azarkeşlik etməsin? Bundan sonra addəyişmə məsələsinin üstündən xətt çəkdim. 

– Bir sual yerinə düşər, AFFA ilə münasibətləriniz necədir?

– AFFA ilə çox gözəl münasibətimiz var. Düzdür, qurumun prezidenti ilə görüşməmişəm. Amma baş katib, icraçı vitse-prezident, baş katibin müavinləri ilə görüşlərim olub. İstənilən məsələdə AFFA ilə müzakirə aparmaq imkanımız var. “Sumqayıt”la matçda texniki məğlubiyyət probleminə görə arada bir az gərginlik yaranmışdı. Amma nəinki bizə qarşı çıxdılar, hətta yanımızda dayandılar. Düzdür, yekunda qərar dəyişmədi, ancaq tərəfdaş kimi hərəkət edilər, qarşı tərəf kimi yox.

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR