Milli Məclisin deputatları Tacikistana gedir

Milli Məclisin deputatları Tacikistana gedir

SİYASƏT

Bugün, 18:17

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Məzahir Əfəndiyev mayın 19-da Tacikistanın Düşənbə şəhərinə səfər edəcəklər.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində deputatlar "Parlament fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyi və dayanıqlı inkişafın həlli" mövzusunda Avrasiya parlamentləri üçün keçiriləcək regional seminarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz mövqelərini bildirəcəklər.

Səfər mayın 23-də başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR