Prezident İlham Əliyev Çinin Baş nazirinin müavinini qəbul edib - Müzakirə + FOTOLAR
GÜNDƏM
Bugün, 16:57
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.
Mia.az xəbər verir qonaq, ilk növbədə, Çinin Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
O qeyd edib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev deyib ki, Çin Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.
Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb.
O, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu deyib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.
Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırlayıb, münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.
O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Can Quoçin qeyd edib ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.
Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Dövlət başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğulayıb ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulanıb.
Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olunub, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rüfət Səfərov hakim qarşısına çıxarıldı - Prokuror ona 9 il cəza tələb edir
Bugün, 18:01 SİYASƏT
-
Baş Dövlət Yol Polisində yeni sözçü təyinatı olub
Bugün, 17:40 PRESS
-
İlham Əliyev Özbəkistan prezidenti ilə görüşüb
Bugün, 17:29 GÜNDƏM
-
Joze Mourinyo "Benfika"dan ayrılır? - Maraqlı iddia var
Bugün, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Çinin Baş nazirinin müavinini qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 16:57 GÜNDƏM
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - Nələr müzakirə edildi? (VİDEO)
Bugün, 16:45 SİYASƏT
-
Bir gecənin içində qocalan atalar...
Bugün, 16:37 CƏMİYYƏT
-
Çin Sədri: "Burada, Bakıda..."
Bugün, 16:20 GÜNDƏM
-
Mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlandı
Bugün, 16:16 CƏMİYYƏT
-
Magistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək
Bugün, 16:04 GÜNDƏM
-
Prezident və birinci xanım beynəlxalq tədbirdə - VİDEO, FOTOLAR (Yenlənib)
Bugün, 15:56 GÜNDƏM
-
Gürcüstanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu + FOTOLAR
Bugün, 15:44 GÜNDƏM
-
Sergen Yalçın “Beşiktaş”dan getdi: “İnd haqqımda deyəcəklər ki…”
Bugün, 15:37 İDMAN
-
Japarov: "Azərbaycan WUF13-ü ən yüksək səviyyədə təşkil edib"
Bugün, 15:31 GÜNDƏM
-
İRAN ABŞ-a YENİ SÜLH PLANI GÖNDƏRDİ – 14 maddəlik
Bugün, 15:12 GÜNDƏM
-
Özbəkistan prezidenti: "Qarabağda sürətli templərlə genişmiqyaslı..."
Bugün, 15:08 GÜNDƏM
-
Kanadada “Hantavirus” aşkarlandı
Bugün, 14:59 DÜNYA
-
Akademik Yaqub Mahmudov Taleh Şahsuvarlıya dəstək məktubu ünvanladı: "Dəyərli yetirməm, Sən bu vəzifəyə layiqsən!"
Bugün, 14:52 SİYASƏT
-
Pezeşkian: “Heç bir gücə boyun əyməyəcəyik”
Bugün, 14:38 GÜNDƏM
-
İran: “Hörmüz boğazı ilə bağlı yeni qurum yaradılıb”
Bugün, 14:34 DÜNYA
-
"Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim etdi - FOTOLAR
Bugün, 14:27 İQTİSADİYYAT
-
Dövlət və hökumət başçıları mədəni proqramı izləyiblər - FOTOLAR
Bugün, 14:15 MƏDƏNİYYƏT
-
Keçmiş komitə sədrinin qardaşı sabiq deputatla həbsxanada dalaşıb - İkisi də “kars”a salınıb
Bugün, 14:07 SİYASƏT
-
Maaşsız qalan “Şəki Siti”nin bəzi futbolçuları matça çıxmadı
Bugün, 13:58 İDMAN
-
“Mənim ödəmə imkanım yoxdursa, məhkəməyə verin" - "Nəyə görə kontaktımdakı nömrələrə zəng edərək məni biabır edirsiniz?” (VİDEO)
Bugün, 13:52 İQTİSADİYYAT
-
Prezidentin köməkçisindən daha bir paylaşım - VİDEO
Bugün, 13:21 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:11 CƏMİYYƏT
-
Deputat Ülvi Quliyev böyük maliyyə gücünə sahiblənir - 25 gündə 66,4 milyon manatlıq layihələr və...
Bugün, 12:56 SİYASƏT
-
Türkiyə dərsliyində Ege dənizi ilə bağlı dəyişiklik... - TƏHLİL
Bugün, 12:56 SİYASƏT
-
Milli Observatoriya beynəlxalq sertifikata layiq görülüb
Bugün, 12:20 İQTİSADİYYAT
-
İntiqam Soltan açıq ürək əməliyyatı keçirib: "Əməliyyat təxminən 5 saat davam edib"
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Bakıda bəzi məktəblərdə dərslər onlayn keçirilir
Bugün, 11:58 CƏMİYYƏT
-
"Nar" "İmkanlar hər kəs üçün" layihəsinin bağlanış mərasimində iştirak edib
Bugün, 11:50 İQTİSADİYYAT